Rəsmi
01.03.2022 / 15:12
Prezident Azərbaycanla Türkiyə arasındakı iki sazişi təsdiqlədi
20250
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
Valyuta.az xəbər verir ki, Azərbaycan Prezidentinin digər fərmanı ilə isə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.
Hər iki fərmanla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Bundan əlavə, Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay