BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
20111

Düşənbədə Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib. İclasda Azərbaycanı komissiyanın həmsədri, kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda Tacikistanla Azərbaycan arasında iqtisadiyyat, sənaye və ticarət, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyətini salamlayan Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, hökumətlərarası komissiyanın həmsədri Zavki Zakizoda iki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib. Azərbaycan və Tacikistanın bütün beynəlxalq platformalarda səmərəli əməkdaşlıq etdiyini deyən həmsədr bildirib ki, hər iki dövlət müxtəlif sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmindədir.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri, kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, iki ölkə arasında münasibətlər dərin tarixə və mədəni köklərə söykənir. Bu dəyərlər bütün sahələrdə etibarlı tərəfdaş kimi birgə əməkdaşlığın əsasını təşkil edir. Dövlət başçılarının müxtəlif formatlarda keçirdiyi görüşlər, prezidentlər və xalqlarımız arasında dostluq əlaqələri bu münasibətlərin daha da inkişafını təmin edir.

Müzakirələr zamanı bildirilib ki, iki ölkə arasında siyasi əlaqələr kimi iqtisadi əlaqələrin də  inkişafında artım tempi müşahidə olunur. Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsinin həcmi artır. İki ölkənin iş adamları arasında sıx əlaqələrin qurulması, birgə biznes-forumların keçirilməsi, hər iki ölkədə təşkil olunan müxtəlif beynəlxalq sərgilərdə iştirak ticarət əlaqələrini daha da şaxələndirməyə, ticarət dövriyyəsinin həcmini artırmağa imkan verəcək.

İclasda Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin, Ələt azad iqtisadi zonasının imkanları ilə tanış olmaq üçün tacik iş adamlarının Azərbaycana səfəri, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, aqrar sahədə texnologiyalar transferi, təhsil, elmi tədqiqatlar,  turizm və mədəniyyət sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Tərəflər hazırda fəaliyyət göstərən sənaye sahəsində Azərbaycan-Tacikistan işçi qrupunun fəaliyyətini müsbət qiymətləndirib, aqrar sahədə əməkdaşlığı daha da genişləndirmək üçün birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

İclas içştirakçıları Azərbaycan və Tacikistanın ticari-iqtisadi əməkdaşlıq, investisiya qoyuluşu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, energetika, elm və təhsil, mədəniyyət, turizm, bank sektoru, miqrasiya, əhalinin məşğulluğu, gənclər siyasəti və idman sahəsində əməkdaşlığı daha da genişləndirməyi qərara alıblar.

Müzakirələr başa çatdıqdan sonra Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın 5-ci iclasının protokolu imzalanıb. Protokola əsasən komissiyanın növbəti iclası Bakıda keçiriləcək. İclasın tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq. 

İclasdan sonra kənd təsərrüfatı naziri İnam Kərimovun Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zakizoda və kənd təsərrüfatı naziri Sulaymon Ziyozoda ilə ikitərəfli görüşü keçirilib. Görüşlərdə Tacikistan tərəfi Azərbaycanın texnologiyalar parkı və aqroparkların yaradılmasında böyük təcrübəsi olduğunu, tacik iş adamlarının bu təcrübədən yararlanmaq istədiyi bildirilib. Bundan başqa Azərbaycan iş adamlarının Tacikistanda yaradılan azad iqtisadi zonalara sərmayə yatırması təklif olunub. Bildirilib ki, bu addımlar iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da inkişafına, ticarət dövriyyəsinin artmasına təkan verəcək. Eyni zamanda Tacikistan tərəfi Azərbaycanın heyvandarlıqda süni mayalanma və bitkiçilik, meyvəçilik, istixana şəraitində tərəvəz istehsalı təcrübəsinə da ciddi maraq göstərir.

Görüşlərdə Azərbaycanın qeyd olunan sahələrdə, o cümlədən kənd təsərrüfatının elektronlaşdırılması sahəsində təcrübəsini Tacikistanla bölüşməyə hazır olduğu vurğulanıb. Tərəflər sitrus bağlarının salınması, şərabçılıq, konserv istehsalı sahəsində birgə müəssisələrin yaradılmasını, bu sahəyə dair qarşılıqlı təcrübə mübadiləsi aparılmasını vacib sayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin