Rəsmi
10.02.2022 / 16:57
Strateji əhəmiyyətli mallarda qiymət artımının qarşısını alacaq qurum məlum oldu
19555
Azərbaycanda daxili bazarda strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirləri həyata keçirəcək qurum müəyyənləşib.
Vayuta.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsində əksini tapıb.
Sənəddə Agentliyin fəaliyyət istiqamətləri sırasına ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlər görmək daxil edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay