Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı sərəncam
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
Valyuta.az-ın xəbərinə görə, Fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsi” təsdiq edilib (əlavə olunur).
Fərmanla “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilib (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (bundan sonra ‒ Agentlik) nizamnamə fondunun formalaşdırılması üçün “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının 1.12.4.1-ci yarımbəndində (Dövlət ehtiyatlarının yaradılması və təşkili) nəzərdə tutulmuş vəsaitdən 2 516 300,0 (iki milyon beş yüz on altı min üç yüz) manat vəsaitin Agentliyə ayrılmasını təmin etsin;
3.2. “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. üç ay müddətində:
3.3.1. ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
3.3.2. dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay