Dövlət başçısı İdarəetmə Şurasının yeni tərkibini təsdiq etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb
Valyuta.az xəbər verir ki, sərəncama əsasən, DQİŞ-nın yeni tərkibi təsdiqlənib
Sərəncamda deyilir:
“AR Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay