Ötən il neçə nəfərə intizam tənbeh tətbiq olunub - AÇIQLAMA
Ötən il mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirləri təhlil edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2020-ci il üzrə hesabatında bildirilib.
Təhlil zamanı müəyyən olunub ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun 4-cü (Vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 10, 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 370, 6-cı (Loyallıq) maddəsinin tələblərinin pozulması üzrə 20, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 150, 9-cu (Mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 5, 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 453, 11-ci (Qərəzsizlik) maddəsinin tələblərinin pozulması üzrə 2, 12-ci (Maddi və qeyri-maddi nemətlərin,imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi) maddəsinin tələblərinin pozulması üzrə 110, 13-cü (Korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 117, 14-cü (Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər) maddəsinin tələblərinin pozulması üzrə 3, 15-ci (Maraqlar toqquşmasının qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 1, 16-cı (Əmlakdan istifadə) maddəsinin tələblərinin pozulması üzrə 1, 17-ci (Məlumatlardan istifadə) maddəsinin tələblərinin pozulması üzrə 1 intizam tənbeh tədbiri tətbiq edilib. Ümumilikdə mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirləri yuxarıda adı çəkilən qanunun 4-cü (Vicdanlı davranış), 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması), 6-cı (Loyallıq), 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət), 9-cu (Mədəni davranış), 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi, 11-ci (Qərəzsizlik), 12-ci (Maddi və qeyri-maddi nemətlərin,imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi), 13-cü (Korrupsiyanın qarşısının alınması), 14-cü (Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər), 15-ci (Maraqlar toqquşmasının qarşısının alınması), 16-cı (Əmlakdan istifadə), 17-ci (Məlumatlardan istifadə) tələblərinin pozulması ilə bağlı olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay