Rəsmi
27.05.2021 / 12:32
Azad edilmiş torpaqlarda peşə məktəbləri yaradılmalıdır – Prezident İlham Əliyev
12879
"Mən çox şadam ki, peşə təhsili ilə bağlı işlər davam edir. Buna çox böyük ehtiyac var".
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edərkən deyib.
“Xüsusilə, Azərbaycan, dediyim kimi, bu gün böyük quruculuq işlərinin astanasındadır və həm azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır" – deyə dövlət başçısı qeyd edib.
Prezident, ona görə də azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalı olduğunu diqqətə çatdırıb.
“Əlbəttə ki, biz Türkiyə tərəfinin dəstəyinə ümid edirik", - deyə dövlət başçısı vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay