Prezident Naxçıvanın Nazirlər Kabinetinə 1 milyon manat ayırdı - SƏRƏNCAM
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 1 milyon manat ayrılıb.
Valyuta.az xəbər verir ki, dövlət başçısı "Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncama əsasən, qeyd edilən vəsait Naxçıvan MR-nın ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə ayrılıb.
Qeyd edilib ki, bu məqsədlər üçün “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.38.3-cü yarımbəndində göstərilmiş 1 milyon manat Naxçıvan MR-nın Nazirlər Kabinetinə ayrılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay