Prezidentdən Nic qəsəbəsində yeni məktəbin tikintisi ilə bağlı SƏRƏNCAM
Qəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni bina tikiləcək.
Valyuta.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, tikint məqsədilə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş AR Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməsi tapşırılıb.
Sənəddə, İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məktəb binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay