Dövlət satınalma müqaviləsi üzrə tələbləri pozanlar cərimə olunacaq - DƏYİŞİKLİK
Satınalan təşkilat tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozulmasına, yəni satınalma müqaviləsi üzrə ödəmələrin tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada, məbləğdə və müddətdə həyata keçirilməməsinə görə vəzifəli şəxslər yüksək məbləğdə cərimə olunacaq.
Valyuta.az xəbər verir ki, bu müddəa AR İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişiklikdə nəzərdə tutulub.
Qeyd edək ki, Məcəlləyə əlavə ediləcək yeni 445-1.7-ci maddədə bəzi sərtləşdirici bəndlər öz əksini tapacaq.
Yeni maddəyə əsasən, o cümlədən satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra ödənilməli məbləğin satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilməməsinə, habelə ödənişin gecikdirilməsinə görə satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə hesablanmış faizlərin əsassız olaraq malgöndərənə (podratçıya) ödənilməməsinə görə 3 000 manatdan 6 000 manatadək məbləğdə cərimə tətbiq ediləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay