Qiymətləndirmə ilə bağlı əlavə məlumat veriləcək - Təhsil Nazirliyi
Təhsil Nazirliyinin Kollegiyasının 21.01.2021-ci il tarixli KQ-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”na əsasən, summativ qiymətləndirmə hər bir fənn üzrə yarımilliyin sonunda bir dəfə olmaqla aparılacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi APA-nın sorğusuna verilən cavabda bildirilib.
Cavabda, qiymətləndirmənin distant və ya əyani olması barədə əlavə məlumat veriləcəyi qeyd edilib.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən II-XI sinif şagirdləri üçün yekun milli qiymətləndirilmə keçiriləcəyi ilə bağlı artıq təhsil müəssisələrinə məlumat göndərilib. Yekun qiymətləndirmənin iyun ayının 5-dən 14-nə qədər davam edəcəyi gözlənilir. I siniflər üçün qiymətləndirmə keçirilməyəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay