DGK xətti ilə büdcə daxilolmaları 5%-dək azalıb - RƏSMİ
Bu ilin yanvar-mart ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 943 538,9 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8% azdır.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1,1% artaraq 260 726,2 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 7,9% azalaraq 636 883 min manata bərabər olub.
Aksizlər üzrə cari ilin birinci rübündə daxilolmalar 13,8% artaraq 35 705,6 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 10 224,1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 3,8% azdır.
Bu ilin mart ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 350 135,2 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 6,8%, bu ilin fevral ayı ilə müqayisədə isə 12,7% çoxdur.
Bu ilin mart ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 17% artaraq 101 893,8 min manat olub. Bu ilin fevral ayı ilə müqayisədə isə bu göstərici 24,7% artıb.
Həmçinin, cari ilin mart ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 1,4% artaraq 228 330,5 min manat (bu ilin fevral ayı ilə müqayisədə 6,3% çox), aksizlər üzrə 30,4% artaraq 15 460,4 min manat (fevral ilə müqayisədə 38,8% çox), yol vergisi üzrə daxilolmalar isə 27,5% artaraq 4 450,5 min manat (fevral ilə müqayisədə 47,8% çox) təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay