Prezident Türk Şurasının Zirvə toplantısında çıxış etdi
Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilir.
Valyuta.Az xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşünü açaraq iştirakçıları salamlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.
Tədbirdə, həmçinin Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev iştirak edirlər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay