BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
9022

"Azərbaycanın da iştirakı ilə türk dünyasını əhatə edən Turan sığortaçılığı yaradılır"

Qeyri-formal məşğulluğun rəsmiləşdirilməsi ilə rəsmi qeydiyyata alınmış işçilərin icbari sığortalanması tələbatı yarandı.  Bu da təbii olaraq  sığorta yığımlarının artmasına gətirib çıxarıb. Amma  pandemiyanın mənfi təsiri sığorta bazarından da yan keçməyib. Mənfi təsir daha çox nəqliyyat vasitəsi sahiblərinin icbari sığortası və səfər sığortalarının yığımlarına olub. Nəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımlarda 15% azalma qeydə alınıb. Daha böyük mənfi təsirə məruz qalan səfər sığortası yığımlarında isə sərhədlərin bağlanması və uçuşların ləğv olunması səbəbi ilə ötən il ilə müqayisədə 2.5 dəfə azalma, yük sığortasında isə əksinə 2 dəfədən çox artım müşahidə olunub.

Valyuta.Az Azərbaycan sığorta bazarının bugünkü vəziyyətini sığorta eksperti Əli Bayramovla müzakirə edir:

- Əli bəy, sığorta bazarında hazırki vəziyyəti necə qiymətləndirisiniz?

- Azərbaycanda 700 milyon manat həcmində sığorta bazarı var.  Sığorta vasitəçilərinin, sığorta agentlərinin rolu bu bazarın inkişafında danılmazdır. Buna görə də, hesab edirəm biz agent bazarını böyütməliyik və əhalinin sığorta üzrə maarifləndirilməsini təşkil etməliyik. İnsanların sığorta şirkətlərinə etibarı yüksək deyil. Bu da sığorta hadisələri  zamanı sığorta ödənişlərinin verilməsində yaradılan süni maneələrlə bağlıdır. Azərbaycanın sığorta sektorunda bəzi sahələr  inkişaf etmiş sığorta ölkələri ilə eyni həddə çatdrılıb. Məsələn, Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası o qədər keyfiyyətlə rəqəmsal şəkilə salınıb ki, qardaş Türkiyədə belə, bu istiqamət belə rəqəmsallaşdırılmayıb. 

Dediyim kimi, əhalinin sığorta məlumatlılığı yetərli deyil. Sığortanın dərinlikləri açıqlanmalıdır, insanlar buna əlavə xərc kimi yox, həyatlarının ayrılmaz hissəsi kimi baxmağı öyrənməldiirlər. Sığorta insanlarımızı bütün risklərdən olmasa da, əhəmiyyətli dərəcədə böyük risklərdən qoruya bilər. Bu anlamda sığorta şirkətləri özləri maraqlı olmaldırlar. Öz marketinq  büdcələrini korporativ sosial məsuliyyət yönümlü marketinq addımlarına yönəltməlidirlər. Sığorta baxımından məlumatsız kütlələri maarifləndirmək yönündə işlər aparmalıdırlar.

- Müharibədən sonra qardaş Türkiyə ilə bir sıra sazişlər bağlandı, o cümlədən Azərbaycan Sığortaçılar Assosasiyası qardaş ölkə ilə saziş imzaladı. Türkiyənin sığorta bazarının Azərbaycana hansı təsiri olacaq?

- Bir neçə aydır Türkiyə Sığorta Birliyi ilə Azərbaycan Sığortaçılar Assosasiyası arasında memorandum imzalanıb.  Türkiyə bazarından öyrəniləcək çox şey var. Türkiyə sığorta bazarında xarici investorlara böyük şərait yaradılıb. Xarici kapitallı sığorta şirkətləri Türkiyə bazarlarında özlərinə yer alıblar. Onların gətirdikləri yeni layihələr, mükəmməl yanaşmalar Türkiyə bazarının inkişafına  gətirib çıxarıb və bu istiqamətdə bizim Türkiyə sığortaçılarından öyrənəcəyimiz çox şey  var. Onlar bu sahədə bizdən daha dərin və təcrübəlidirlər. Türkiyə Azərbaycan arasında sığorta körpüsü qurulub və nailiyyətlər var. 2 aydır türkiyəli həmkalarımız bizə pulsuz təlimlər keçirlər, eyni zamanda bazarımızda yeni sığorta məhsullarının hazırlanması üzərində işləyirik. Agent bazarının strukturlaşdırılması artıq başlayıb. İndiyə qədər ölkəmizdə sığorta agentləri ilə bağlı br qurum yox idi.

- Bu nəyi dəyişəcək?

- Agentlərin bir yerdə cəmlənməsi yeni fikirlər, yeni ideyalar yaranmasına səbəb olacaq. Sığorta agentlərinə satmaq üçün yeni məhsullar vermək lazımdır. Sığorta məhsullarının satılması  üçün sığorta satış kanalları təqdim etmək lazımdır. Biz müvafiq təkrar  sığorta təminatı üzərində çalışırıq ki, bazara tam hazır məhsul təqdim edək, nəticədə agentlərimiz istifadə etsin, bazar inkişaf etsin.

- Yeni məhsulların bazara çıxarılmasında, yoxsa təqdimatında problem var?

- Məhsulun təqdimatında deyərdim. Alıcı yaxşı bilməlidir ki, o bu sığorta məhsulunu alarsa, hansı xidmətləri əldə edəcək. Sığortayla bağlı biliklər artırılmaldır.  Yalnız Bakıda deyil, həm də regionlarda. Yadınızdadırsa, Zaqatalada baş verən zəlzələdən sonra əmlakın icbari sığortası məsələsi gündəmə gəlmişdi və vətəndaşlar bunun vacibliyini  dərk etmişdilər. Təəssüf ki, bu sahə bizdə hələ də yaxşı inkişaf etməyib. Baxmayaraq ki, Prezident bu barədə göstəriş verib. Bizim hesablamalarımız göstərir ki, siqaret çəkən adam gündəlik bir ədədə siqaret az çəksə, öz əmlakını sığortalada bilər.

- Türkiyə ilə təlimlər bizə nə öyrədəcək? Bizdə əsasən kasko və icbari sığorta populyardır.

- Artıq nəticələr var. Biz dəyişirik. Hətta sığortaçı olaraq mən özüm də dəyişirəm. Sığortaçılarımız əksərən tipik sığorta növləri ilə məşğul olurlar. Türkiyə ilə əlaqələrin bizə yeni nəfəs gətirəcəyinə əminəm. Motivasiya olacaq. Əminəm ki, çox qısa zamanda yeni nəticələri müzakirə edəcəyik.

- Bir  müddət öncə Turan sığortaçılığı barədə danışıldı, onun yaradılması realdırmı?

- Artıq Türkiyənin  dəstəyi ilə türk sığorta bazarından yararlanma platforma halına gətirlib və bu platforma 2 aydır Azərbaycanda da fəaliyyət göstərir. O cümlədən,  Qazaxıstan, Qırğızısan və Özbəkistanda da nümayəndəlikləri açılıb. Buraya İraqda yaşayan 3 milyondan çox türk və macarların da dəvət  edilməsi gözlənilir. Məqsəd sığortaçılar arasında  fikir mübadiləsi aparmaq və müvafiq bazarları inkişaf etdirməkdir.

İlhamə
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin