BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
8293

25 fevral tarixində Valyuta.Az saytında yayımlanan "Günay Bank”ın 29 illik fəaliyyətinin nəticəsi - 14 milyon manat zərər" xəbərinə adıçəkilən bankdan reaksiya verilib.

Maraqlıdır ki, tanmamilə bankın açıqladığı hesabatlar əsasında hazırlanmış, statistik göstəricilərdən ibarət xəbəri bank "əsassız məlumatlar" adlandırmış və heç bir əks rəqəm, alternativ hesablama və ya dəlil ortaya qoymamışdır.

Qurumun yaydığı açıqlama nə dərc edilən xəbərə, nə də bankın fəaliyyət sahəsinə adekvat deyil. Öncə həmin açıqlamaya diqqət edək (Sual doğuran hissələrə əlavə bizimdir- red.):

“Günay Bank” ASC son həftə ərzinfə bir neçə Kütləvi İnformasiya Vasitələri səhifələrində Bankın fəaliyyəti ilə bağlı təqdim olunan əsassız məlumatlara (?) cavab olaraq açıqlama təqdim etməyi zəruri bilmişdir.

Belə ki, məlumatlarda qeyd olunan göstəricilərin əksəriyyəti Bankın ictimaiyyətə təqdim etdiyi rəsmi hesabatlarla ziddiyyət (?) təşkil edir.

“Günay Bank” ASC-nin ötən ilin əvvəlindən bugünə qədər davam edən pandemiya, həmçinin il ərzində yaranmış digər ciddi vəziyyətlərin iqtisadi durumla bağlı yaratdığı çətinliklərə baxmayaraq milli və dövlət maraqlarımıza dəstək olan ianələrdən geri qalmadığı, bank öhdəliklərində heç bir axsaqlığın olmadığı, həm müştəri, həm də işçi kollektivinin bütövlüyünü qoruduğu ictimaiyyətimizə məlumdur (?).

Odur ki, “Günay Bank “ ASC bütün KİV-ləri əsası olmayan məlumatların (?)  paylaşılmasına dəstək olmamağa və Bank barədə istənilən məlumatı Bankın İctimaiyyətlə əlaqələr şöbəsindən dəqiqləşdirilərək (?) yaymağa çağırır".

Gördüyünüz kimi, bankın açıqlaması çox poetikdir. Çünki yaydığımız xəbərdə və təqdim etdiyimiz cədvəldə Bankın 14 milyon manat civarında yığılmış zərəri olduğu bildirilib. Bu, “Günay Bank” ASC-nin 2019-cu ilin sonuna olan illik hesabatında bankın öz və beynəlxalq audit hesablamasından sonra açıqladığı göstəricilərdir. Bundan başqa bankın 2020-ci ilin 4-cü rübündə 408 min manat xalis mənfəət əldə etdiyini, bu mənfəətin 13 milyon 682 min manatlıq zərəri qısa müddətdə müsbətə çıxmayacağı məlumdur. Rəqəmlərin “Günay Bank”ın rəsmi saytından əldə etsək də, bank bunun ictimaiyyətə təqdim etdiyi rəsmi hesabatlarla ziddiyyət təşkil etdiyini bəyan edib. Aşağıdakı şəkildə bankın rəsmi hesabatında olan yığılmış zərəri görə bilərik. Bu sənədi bankın İdarə Heyətinin sədri Baratəli Piriyev və Maliyyə Departamentinin direktoru Hikmət Nəzirov imzalayıb və sonda bankın möhürü ilə təsdiqləyiblər.  Yəni, bankın yığılmış zərərini adıçəkilən şəxslər öz imzaları ilə təsdiq ediblər.

Hörmətli, "Günay Bank" bu məlumatlardan hansını "əsassız" adlandırır? Əvəzində milli və dövlət maraqlarımıza dəstək olan ianələr etməsindən bəhs edir. Buna görə, Banka, vətəndaşlıq borcunu unutmayan Bank rəhbərliyinə təşəkkür edirik! Amma bunun yazılan xəbərə nə kimi bir aidiyyatı var?

2020-ci ilin sonunda “Günay Bank”ın  bölüşdürülməmiş mənfəətinin  -2 milyon 60 min manat (-2.060,66 manat) olduğunu, buna baxmayaraq 408 min manatdan az xalis mənfəət əldə etdiyini bildirsək də bank buna cavab verməkdən boyun qaçırıb. “Günay Bank”ın yazılmış hesabatı (rəqəmləri) təkzi etməsi bankın Audit Komitəsinin sədri İlham Budaqovun işini təkzib etməkdən başqa bir şey deyil.

Bankı məlumatların təkzib açıqlamasını geniş və izahlı formada təqdim etməsini və bu təqdimatın şəffaf və əsaslı olmasını tövsiyyə edirik. Yazıda qeyd olunan rəqəmlərin hər biri bankın rəsmi internet saytına (hesabatına) istinadən xəbər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin