"Azərbaycan Sənaye Bankı" zərər hesabatını gizlədir? - FOTO
“Azərbaycan Sənaye Bankı” (ASB) 2020-ci ilin 4-cü rübünə olan mənfəət və zərər hesabatını gizlədir.
Valyuta.Az xəbər verir ki, “ASB”nin cəmi aktivləri 2020-ci ilin sonunda 911 milyon 504 min manat edib ki, bu da 2019-cu ilin sonu ilə müqayisədə 73 milyon 647 min manat və ya 7.5% azdır.
Cəmi aktivlərin 1 il ərzində 7.5% azalmasının əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin 1 il ərzində 14 milyon 241 min manat və ya 4.3% azalaraq 310 milyon 829 min manata düşməsidir.
Bundan başqa müştərilərin bankda olan depozitləri də 75 milyon 195 min manat və ya 10.5% azalaraq 639 milyon 932 min manata düşüb. Bu da bankın cəmi öhdəliklərinin azalmasına səbəb olub. Belə ki, bankın cəmi öhdəlikləri 1 il ərzində 78 milyon 140 min manat və ya 8.9% azalaraq 807 milyon 359 min manata enib.
2020-ci ilin 4-cü rübündə “ASB”nin cəmi kapitalı 104 milyon 144 min manat olub.
Qeyd edək ki, sözügedən bank 2020-ci ilin yekununda mənfəət və zərər maddəsini rəsmi saytından (www.asb.az) silib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay