VACİB
07.04.2023 / 17:15
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi (FOTO)
27645
Dövlət Gömrük Komitəsinin (DGK) İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi vəzifəsini tərk edib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, DGK sədri, general-leytenant Şahin Bağırovun müavafiq əmri ilə Qurbanov Nüsrət Qənbər oğlu vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.
Onun vəzifəsi isə müavini Elçin Hüseynzadəyə həvalə edilib.
Qeyd edək ki, polkovnik Nüsrət Qurbanov sabiq DGK sədri Səfər Mehdiyevlə yaxınlığı ilə tanınıb. 2001-ci ilədək Daxili Təhlükəsizlik İdarəsində inspektor, 2011-ci ilədək həmin idarədə şöbə rəisi, 2017-ci ilədək idarə rəisi vəzifələrində, 2018-ci ilin may ayınadək Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.
21 may 2018-ci il tarixdə Komitənin İşlər İdarəsinin rəisi vəzifəsinə keçirilib.
Qaynarinfo xəbəri dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. "Bizdə belə bir məlumat yoxdur", deyə qurumdan bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay