VACİB
09.06.2022 / 10:14
Çimərliyi əhalinin üzünə bağlayan kimlərdir? - İcra Hakimiyyəti bilmir
22354
Çimərlik mövsümünün başlamasına az müddət qalsa da əhali hər yay olduğu kimi yenidən hasarlarla üzləşib.
Qaynarinfo xəbər verir ki, dəniz sahilinin hasara alınması faktiki olaraq vətəndaşların çimərlik hüququnun əlindən almasını ortaya qoyub.
"ARB24"ün çəkiliş qrupu hasarlanan ərazidən reportaj hazırlayıb. Buzovna çimərliyindəki mövcud vəziyyət onu ortaya qoyub ki, vətəndaşlar çimərliyə daxil olmaq üçün 1-2 kilometr yol qət etməlidir. Bunun əsas səbəbi isə çimərliyin naməlum şəxslər tərəfindən hasarlanmasıdır.
Xəzər rayon İcra Hakimiyyətinə məsələ ilə bağlı müraciət edildikdə qurumdan bildirilib ki, hasarlanmadan xəbərdar olasalar da, icazəni onlar verməyiblər.
Ətraflı videomaterialda izləyə bilərsiniz:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay