VACİB
07.06.2022 / 08:34
Maaş və pensiyalar yenidən artırılacaq? (VİDEO)
22297
“2022-ci il dövlət büdcəsi haqqında” qanuna yenidən baxılacaq.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, artıq Maaliyyə Nazirliyi tərəfindən müvafiq sənədlər də hazırlanır. Vahid Əhmədovun sözlərinə görə, büdcəyə yenidən baxılması zərurəti neftin dünya bazarındakı qiymətinin artmasından yaranıb.
Büdcə xərclərinə gəlincə isə Millət Vəkilinin fikrincə əsas diqqət işğaldan azad olunmuş ərazilərin təmir-bərpasına və sosial sahəyə ayrılmalıdır.
Qeyd edək ki, cari il üçün dövlət büdcəsinin gəlirləri 28 milyardan manatdan çox, büdcə xərcləri isə 30 milyard manata yaxındır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay