VACİB
12.04.2021 / 13:10
Gömrük xidməti mayoruna yeni vəzifə verildi - FOTO
10681
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Analitik Ekspertiza Mərkəzi”nə yeni müdir təyin edilib.
Valyuta.Az-ın məlumatına görə, mərkəzin direktoru vəzifəsinə gömrük xidməti mayoru, əczaçılıq üzrə fəlsəfə doktoru Fərid Əliyev təyinat alıb.
O, bundan əvvəl Mərkəzi Gömrük Hospitalının Alqı-satqı və təchizat şöbəsinin rəisi vəzifəsində çalışıb.
Fərid Əliyev 2002-ci ildə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsini bitirib, 2004-2018-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışıb. 2018-cı ildən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalında menecer, sonra isə Alqı-satqı və təchizat şöbəsinin rəisi vəzifələrində çalışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay