Maliyyə
29.03.2021 / 15:34
Dövlət xətti ilə ipoteka kreditləşməsi neçə dəfə artıb? – AMB
9825
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 57,7 milyon manat ipoteka krediti verilib.
Valyuta.az Mərkəzi Bankın yaydığı hesabata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 3,6 dəfə artaraq 40,2 milyon manata yüksəlib, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə vəsait cəlb olunmayıb.
Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 17,8 milyon manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay