BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9789

Son vaxtlar  ipoteka, yoxsa kirayə yolu ilə mənzil almaq məsələsi çox muzakirə  edilən  mövzulardandır.

Valyuta.az Xəzər TV-yə istinadən xəbər verir ki, illərdir minlərlə vətəndaş kirayə yolu ilə mənzil sahibi olmağı gözləyirdi.

Ötən ildən bu prosesə başlansa da, demək olar ki, layihə gözlənilən kimi özünü doğrultmadı. İlkin fərq özünü mənzillərin qiymətində göstərdi. Belə ki, kirayə yolu ilə satılan mənzilər ancaq 2013-cü ildən sonra inşa edilmiş binalardan olmalı idi. Üstəlik, İpoteka və Kredit Zəmanət Fondunun xərcləri də bu məbləğin üzərinə əlavə edilir.

Eyni ölçüdə, eyni ünvanda olan mənzili dövlətin iki layihəsindən biri ilə əldə etdikdə arada kəskin fərq yaranır. Başqa sözlə, kirayə yolu ilə evə sahib olmaq ipoteka ilə mənzil almaqdan hədsiz baha başa gəlir.

Vətəndaş 4 faizlik güzəştli ipoteka imkanından yararlandıqda isə yaranan fərq daha da dərinləşir. Çünki eyni ölçülü evi kirayə yolu ilə əldə etdikdə vətəndaşa bu 260 min manata, güzəştli ipoteka krediti ilə əldə etdikdə isə 180 min manata başa gəlir. Amma kirayə yolu ilə mənzil əldə etməyin şərtləri ipotekaya nisbətən sadədir. Çünki kredit tarixçəsində gecikmə olan vətəndaşlar da kirayə yolu ilə mənzil əldə edə bilər. Üstəlik, ipotekadan fərqli olaraq digər seçimdə ilkin ödənişlər olduqca aşağıdır.
    
Satmaq öhdəliyi ilə verilən kirayə mənzillər İpoteka və Kredit Zəmanət Fondunun ipoteka yolu ilə təklif etdiyi evlərdən seçilir. Məsələn, ipoteka ilə mənzil almaq istəyən vətəndaş ölkənin hər yerindən, çıxarışı olan istənilən mənzili seçə bilər.

Ekspert Rəşad Həsənovun sözlərinə görə, indiyədək 33 min vətəndaş ipoteka mexanizmi ilə ev sahibi olub: 

“Hər il ipoteka ilə ev alanların sayında olan artım da tələbin ipotekaya daha çox olduğunu deməyə əsas verir. Fondun satmaq öhdəliyi ilə veridyi kirayə mənzil layihəsi isə hədəfindən uzaqlaşıb. Mənzillərin baha, ödənişlərin yüksək olması və kredit ödəyicisinin aylıq ödəməni edə bilmədiyi halda ödədiyi vəsaitin fondun xərcləri kimi hesablanması risk amilini artırır. İpoteka ilə alınan mənzili vətəndaş rahatlıqla sata və satdığı ana qədər ödədiyi pulu geri ala bilər. Amma satmaq öhdəliyi ilə verilən kirayə mənzillərdə isə belə imkan mümkün deyil”.

Onun sözlərinə görə, hazırda  bazarda çıxarışı olan 1970-2000-ci illər arasında  tikilən mənzilərin kvadratmetri əraziyə görə təxminən 750 manatdan başlayır: 

“2013-cü ildən sonra tikilən mənzillərin kvadratmetri isə 1200 -2500 manat civarındadır. Bu isə ipoteka krediti ilə satılan mənzillərə bundan sonra da  tələbatın çox olacağını deməyə əsas verir”. 

Ekspertlər bildirir ki, dünya təcrübəsində kirayə yolu ilə satılan mənzillərin kirayəsi bazar qiymətindən yüksək olmur. Hazırda bazarda kirayə qiymətləri isə təxminən 250-800 manat  arasında dəyişir.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin