BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9770

İmkanı olan vətəndaşlar pullarını xarici valyutada və yastıq altında saxlamağa üstünlük verirlər

COVID-19 pandemiyası və mövcud karantin səbəbindən əmlak bazarında durğunluq davam edir. 

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov, əmak eksperti Nüsrət İbrahimovun AYNA-ya dediyinə görə, pandemiyadan əvvəl ölkədə il ərzində 40-45 min mənzil satılırdısa da, pandemiya dövründə bu rəqəm 40 faizə yaxın düşüb: “Bir tərəfdən sərt karantin rejimi, insanların hərəkətlərinə qoyulan məhdudiyyətlər evlərin alqı-satqısına təsir göstərir, digər tərəfdən vətəndaşlarda əllərində olan pulu əmlaka verməmək, işsizlikdən qorxaraq nəğd pul saxlamaq ehtiyatı yaranıb. Üstəlik də, karantinə görə insanların gəlirlərin azalıb”.

“Bununla yanaşı, İpoteka və Kredit Zəmanət Fondu və Mərkəzi Bank əmlak bazarının aktivliyini artırmaq üçün bazara maliyyə vəsaiti ayırdı. Çox qəribədir ki, əmlak bazarında mənzillərin qiymətində bu il ərzində təxminən 6 faiz artım müşahidə olundu. Xüsusilə, ilkin mənzil sektorunda qiymət artımı baş verdi. Buna səbəb isə tikinti sektorundakı durğunluqdur. Ona görə də ilkin məzil sektorunda təklifdə qıtlıq yarandığından qiymət artımına səbəb oldu. Hətta, bəzi ərazilərdə ilkin mənzil sektorunda 12 faizə kimi artım var”, - deyə ekspert bildirib.

İbrahimovun sözlərinə görə, pandemiya dövründə ipoteka krediti hesabına bəzi alıcılar mənzilə sahib olublar: “Bu gün də əsas alıcılar onlardır. Xaricdən gələn vətəndaşlar həmişə nəğd pulla gəlib mənzil alırdılar. Yolların son ildə bağlı olması həmin alıcı kütləsinin azalmasına və nəticədə mənzil bazarında nəğd pul dövriyyəsinin azalmasına səbəb oldu”.

Əmlak eksperti Ramil Osmanlı da AYNA-ya açıqlamasında hazırda mənzil bazarında durğunluq hökm sürdüyünü deyib: “Bu müddətdə əmlak bazarında bütün istiqamətlərdə dəyişiklik oldu, sadəcə qiymətlərdən başqa. Son bir ildə alıcı kütləsi kəskin azaldı. Əvvəlki illərlə müqayisədə 40 faizə yaxın azalma oldu. Əməliyyatların sayı da azaldı. Amma təəssüflər olsun ki, qiymətlər azalmadı”.

“Etiraf etməliyik ki, bir il ərzində İpoteka və Kredit Zəmanət Fondu sayəsində mənzil bazarında aktivik qorundu. Nağd alqı-satqı isə demək olar ki, yox səviyyəsinə düşüb”, - deyə həmsöhbətimiz vurğulayıb.

Osmanlı hesab edir ki, pandemiya dövrü davam etsə, hökumət də əvvəlki kimi qərarlar verməyəcək: “Çünki, iqtisadiyyata da ciddi təsir edir. İnsanlar şayiələrə inanıb düşünürlər ki, manat dəyərdən düşəcək. Ona görə də pulunu əmlaka yox, xarici valyutaya dəyişdirərək saxlamağa çalışırlar. Bu da əmlak bazarına, həmçinin digər sektorlara da ciddi təsir göstərir. Düşünürəm ki, qarşıdan gələn ildə vəziyyət əmlak bazarına əvvəlki kimi təsir etməycək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin