BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9767

Azərbaycanda yeni fəaliyyətə başlayan aqrar sığorta mexanizmi barədə fermerlərin maarifləndirilməsi, eləcə də bölgə əhalisinə bu yenilik barədə geniş məlumat verilməsi məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi regionlarda fermer və iş adamları ilə görüşləri davam etdirir.

Valyuta.Az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Balakən və Zaqatala rayonlarında yerli icra hakimiyyətləri və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaxından dəstəyi ilə keçirilən görüşlərdə fermerlərə aqrar sığorta mexanizmi, aqrar sığortanın əhatə etdiyi bitki və məhsullar, qarşıladığı risklər, eləcə də sığorta tarifləri barədə geniş məlumat verilib.

Fermerlərin və iş adamlarının böyük marağına səbəb olan görüşlərdə aqrar sığortanın üstünlükləri və gətirəcəyi faydalar sadalanıb, bununla bağlı çoxsaylı suallar cavablandırılıb.

Görüşlərdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, Aqrar Sığorta Fondu ölkədə aqrar sektorun inkişafına dəstək, fermerlərin risklərinin qarşılanması və bu sahədə biznes üçün daha təhlükəsiz şəraitin yaradılması məqsədilə 2019-cu ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılıb.

2020-ci ilin noyabr ayından fəaliyyətə başlayan aqrar sığorta mexanizmi vasitəsilə südlük inək və camışları (1-7 yaş), 14 növ bitki növünü (bağda, arpa, qarğıdalı, kartof, çəltik, üzüm, limon, naringi, portağal, fındıq, şəkər çuğunduru, tütün, pambıq) eləcə də balıqları sığortalamaq mümkündür.

Dövlət tərəfindən fermerlərə dəstək olaraq, aqrar sığorta haqlarının 50%-i də dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər kiçik məbləğ ödəməklə öz təsərrüfatlarını ən vacib risklərdən qoruya bilirlər.

Yerli icra hakimiyyətlərinin məsul nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə fondun rəhbərliyi və nümayəndələri bu məhsulların, xüsusilə də Zaqatala və Balakən bölgəsi üçün xüsusilə əhəmiyətli olan fındıq və tütün bitkilərinin sığortalanması şərtləri və detalları, sığorta haqları barədə ətraflı məlumat verib, fermerlərin çoxsaylı suallarını cavablandırıblar.

Fermerlər buğda və qarğıdalı əkinlərinin, fındıq və tütünün, eləcə də mal-qaranın sığortalanmasının detalları, əhatə etdiyi risklərlə maraqlanıblar. İş adamları bölgə üçün xarakterik risklər, tez-tez baş verən təbiət hadisələri barədə məlumat verərək bu risklərin aqrar sığorta tərəfindən necə qorunduğu barədə suallar ünvanlayıb, eləcə də öz təkliflərini səsləndiriblər.

Görüşdə Aqrar Sığorta Fondunun rəhbərliyi bildirib ki, hazırda aqrar sığorta mexanizmi bitkiləri və heyvanları ən vacib risklərdən və təbiət hadisələrindən qoruyur. Qarşıdakı aylarda isə həm sığortalanan məhsulların, həm də əhatə edilən risklərin siyahısının genişlənməsi nəzərdə tutulur. Belə ki, artıq bir sıra meyvə-tərəvəz bitkiləri, eləcə də xırda buynuzlu heyvanların da aqrar sığorta vasitəsilə sığortalanması barədə qanunvericiliyə dəyişikliklər hazırlanır.

Eyni zamanda xatırladılıb ki, qanunvericiliyə əsasən hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş əkin sahələri və kənd təsərrüfatı heyvanları sığortalanır.

Fermerlərə bildirilib ki, əkinlərini və təsərrüfatını sığorta etmək istəyənlər birbaşa Aqrar Sığorta Fonduna, eləcə də bölgələrdə fəaliyyət göstərən və aqrar sığorta sistemi ilə əməkdaşlıq edən özəl sığorta şirkətlərinin filiallarına müraciət edə bilərlər.

Xatırladaq ki, Aqrar Sığorta Fondunun bölgələrdə keçirdiyi görüşlərdə məqsəd fermerlərin aqrar sığorta barədə məlumatlandırılması ilə yanaşı, onlardan fəaliyyətlərində qarşılaşdıqları və bölgə üçün xarakterik risklər barədə məlumatlarnı alınmasıdır. Bu görüşlərin nəticəsində toplanan məlumatlar təhlil edilərək Fondun gələcək fəaliyyətində, o cümlədən aqrar sığortanın əhatə etdiyi risklərin genişləndirilməsində istifadə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünya təcrübəsinin tətbiq olunduğu Aqropark – Ağsu Aqroparkı

Bakıda işləyənlər 1 332 manat əməkhaqqı alır - RƏSMİ

Bakıda işləyənlər 1 332 manat əməkhaqqı alır - RƏSMİ

Sığorta daxilolmaları artıb - İşsizlikdə 14%-lik yüksəliş

Kompüter təmiri ilə məşğul olan sahibkar nə qədər vergi və sosial ödənişlər etməlidir?

Yumurta ixracının artması Türkiyədə qiyməti 2 dəfə bahalaşdırıb

Qarabağ bölgəsində 150 ​​min yeni iş yeri açılacaq

Sabiq nazir müavininə Naxçıvanda yüksək vəzifə verildi

Kokosu bu ölkədən alırıq - 1 kiloqramını 3 manatdan

Ölkədə ilk smart televizor istehsal ediləcək

“Bank VTB Azərbaycan”ın rəhbərlərindən biri bankdan ayrılır

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

“Microsoft” tədris proqramını istifadəyə verib - İstənilən şəxs pulsuz iştirak edə biləcək

Yeni rüsum müəyyənləşdi - 100 manat tutulacaq

Paytaxtın bu ərazisində su olmayacaq

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Restoran və şadlıq saraylarının sahiblərinə xəbərdarlıq

Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın®

2 bal və 60 manat cərimə - DYP xəbərdarlıq etdi

Gömrük Komitəsində əməliyyat - Vəzifəli şəxslər həbs edildi

Birləşdirilən institutlarda ixtisarlar olacaq? - Nazirdən CAVAB

Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

DİM imtahanları yoxlayan markerlərə 1 milyon manat əməkhaqqı ödəyib

Tramp Çini hədələdi: “Əgər gömrük rüsumunu geri çəkməsə...”

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

Azərbaycandakı gizli qumar dünyası necə işləyir?

Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Onların pensiya yaşı 20 ilədək azaldılır - DSMF açıqladı

3 milyonluq MMC bir ili tamam olmadan ləğv olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin