BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
9741

Sığorta hadisələri zamanı “Forma 4” adlanan arayışın alınması müştərilərlə sığorta şirkətləri arasında mübahisələrə səbəb olur.  Nəticədə dəymiş ziyanın ödənilməsi gecikir və ya əlavə xərclərə səbəb olur. 

Valyuta.Az xəbər verir ki, qaununvericiliyin tələbinə görə, “Forma 4” elektron qaydada əldə oluna bilər. 

“İcbari Sığortalar haqqında” qanunun 17.1.4-cü maddəsinə əsasən, icbari sığorta ödənişi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış əsasında həyata keçirilir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bu arayış Forma 4 adlanır.

Qanunun 17.4-cü maddəsinə əsasən sığortaçı qeyd olunan arayışı almaq üçün səlahiyyətli orqana, yəni Daxili İşlər Nazirliyinə dərhal sorğu verməlidir. Səlahiyyətli orqanlar bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin informasiya sisteminin İcbari Sığorta Bürosunun informasiya sistemi ilə inteqrasiyası nəticəsində “Forma 4” arayışının elektron şəkildə də alınması mümkündür.

Bəs həmin arayış hansı hallarda tələb edilmir? 

“İcbari Sığortalar haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən, yol-nəqliyyat hadisəsi haqqında “Forma 4” arayışı aşağıdakı şərtlərin hər birinin mövcud olduğu hallarda tələb olunmur:

- Hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;

- Hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;

- Hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;

- Hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

Yuxarıda qeyd olunan şərtlərin hər birinin mövcud olduğu hallarda, hadisə iştirakçıları tərtib etdikləri və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Laçında Qayğı qəsəbəsini abadlaşdıracaq şirkət kimindir?

Tramp Çinə rüşvət təklif etdi

"Zeytun" apteklərinin Tarif Şurasının qərarına əməl etmədiyi müəyyən olunub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin