BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
9728

"Bir neçə gündür sosial şəbəkələrdə, mətbuatda Qax rayonunun Acınohur ərazisində ərəb turistlər tərəfindən qanunsuz ov hallarına yol verilməsi, heyvanlarla rəhimsiz rəftarla bağlı məlumatlar yayılıb. Bununla bağlı ilk olaraq bildirmək istəyirəm ki, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti, buna icazələrin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir".

Bunu açıqlamasında Dövlət EkolojiTəhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Hikmət Əlizadə bildirib ki, digər xarici ölkə vətəndaşları kimi, Ərəb ölkələrindən insanlar Azərbaycan gələ və istirahətini təşkil edə bilər. Amma o başqa məsələdir ki, istirahətin təşkili zamanı ölkə qanunvericiliyinin pozulması baş verərsə, bu zaman müvafiq orqanlar öz səlahiyyəti daxilində hərəkət etməlidir və bunun qaşısını almalıdır:

"Bu məlumatlar da bizə daxil olanda araşdırma apardıq və məlum oldu ki, Acınohur yasaqlığı ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib, həmin vətəndaş da müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. 

Araşdırmanın gedişatında bir neçə gün əvvəl ərəb turistlərin həmin ərazisində heyvanlarla rəhimsiz rəftarla bağlı məlumat daxil oldu və buna görə cərimə edildilər. Dünən mətbuatda məlumatlar yayıldı ki, həmin ərazidə hətta ov aparıblar. Fakt qismən müəyyən edildi. Onu da qeyd edim ki, sosial şəbəkələrdə bir sıra köhnə dövrlərə məxsus olan, hətta ərazisi belə müəyyən edilməyən foto və videolar yayılıb. İddia olunur ki, bunlar həmin ərazisinə lentə alınıb. Bir faktı deyim ki, hazırda quşların miqrasiya dövrü bitib və buna görə onların sayı ölkədə azdır. Amma bəzi faktlar öz təsdiqini tapdı və iki ərəb turist 4 min manat civarında cərimələndilər. Hazırda bizim tərəfimizdən, onların yasaqlıq ərazisində hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbirlər görülüb. Ərazidə müxtəlif yerlərdə tərəfimizdən postlar qurulub ki, onlar orada hərəkət etməsinlər. Bu barədə araşdırmalarımız davam etdiriləcək. Fürsətdən istifadə edib bu məlumatları ötürən şəxslərə öz təşəkkürümü bildirirəm".// Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlk üç ayda noutbuk istehsalı 75% artıb

“Cada Group”un 41 min manat vergi borcu yaranıb

"Google" ucuz "Android" telefonların istehsalına məhdudiyyət qoydu

Analitik Ekspertiza Mərkəzindən bu şirkətə 341 min manatlıq sifariş

Məşhur tütün şirkəti borc içində

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Azərbaycanda mənzillər bahalaşdı

Keçmiş deputat yeni vəzifəyə seçildi

Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)

Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB

Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Metro tikintisinə görə obyektlər söküləcək? - AÇIQLAMA

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Səhmdarlar İnvestor Portalı vasitəsilə səs verə bilər

“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin