BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9717

2020-ci ildə olduğu kimi 2021-ci ildə də ərzaq mallarının qiymətindəki artım sürəti qeyri-ərzaq və pullu xidmətlərin dəyərindəki artımdan daha böyükdür. Rəsmi statistikaya əsasən, ötən il qeyri-ərzaq malları 1,3 faiz, pullu xidmətlər 1 faiz bahalaşdığı halda ərzaq mallarında bahalaşma 4,6 faiz olub. 2021-ci ildə də ərzaq mallarının bahalaşma sürəti zəifləməyib.

İlin ilk 2 ayına aid olan məlumatlar göstərir ki, qeyri-ərzaq malları 3,7 faiz, pullu xidmətlər 3,3 faiz bahalaşdığı halda ərzaq məhsullarının qiyməti 5,3 faiz yüksəlib. Ərzaq məhsullarında bahalaşma əksər mal qruplarında qeydə alınıb və bəzi məhsullar üzrə qiymət artımı hətta 10 faizi ötüb.

Bəs, ərzaq mallarının bu dərəcədə bahalaşmasının səbəbi nədir? Qiymət artımı daxili, yoxsa xarici amillərlə bağlıdır?

Həm 2020-ci ildə, həm də bu il ərzaq mallarının sürətlə bahalaşmasının əsas səbəbi dünyada ərzaq qiymətlərinin nəzərəçarpacaq dərəcədə yüksəlməsidir. FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) 2021-ci il martın 4-nə olan məlumatına əsasən ərzaq qiymətlərində ötən ilin iyun ayından başlayan artım 2021-ci ilin fevral ayında da davam edib. Bu ilin fevralında qiymətlərdə bahalaşma illik müqayisədə 10,5 faizə yüksəlib.

FAO-nun məlumatlarından aydın olur ki, son bir ildə süd məhsulları 9,9 faiz, taxıl 26,5 faiz, bitki yağları 51 faiz, şəkər məhsulları 9,5 faiz bahalaşıb. Yalnız ət məhsulları 4 faiz ucuzlaşıb.

Azərbaycanda pərakəndə ticarət yolu ilə satılan məhsulların 36 faizi idxal mallarının payına düşür. İdxal mallarında qeyri-ərzaq mallarının payı daha böyük olsa da burada ərzaq malları da az paya sahib deyil. Buna görə də xaricdə ərzaq mallarının bahalaşması paralel olaraq Azərbaycanda da müşahidə edilir.

Dünyada ət ucuzlaşdığına görə ölkəmizdə ümumən ət qiymətləri enib. Amma çörək və çörək məmulatları 4,1 faiz, süd və süd məhsulları 6,5 faiz, kərə və digər yağlar 4,2 faiz, meyvə-tərəvəz 10 faizdən çox, şirniyyat 4,3 faiz bahalaşıb.

Dünyada ərzaq qiymətlərinin konyukturu hələ də yüksəlişə doğrudur. Hələ də pandemiyanın aradan qalxmaması, ərzaq ehtiyatlarının toplanmasının davam etməsi, bunun qarşılığında kənd təsərrüfatı məhsullarının istehsalının yetəri qədər artmaması bahalaşmaya şərait yaradır. Buna görə də beynəlxalq qurumların ekspertləri hesab edir ki, daha bir neçə ay qlobal ərzaq qiymətlərində artım davam edəcək və yaxud qiymətlər indiki yüksək səviyyədə qalacaq.

Deməli, xarici konyukturun əlverişli olmaması səbəbindən Azərbaycanda da ərzaq qiymətlərində yüksəlişin davam etməsi gözlənilir. Bahalaşma trendinin yalnız ilin ikinci yarısında səngiyəcəyi güman olunur. //sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin