Səhiyyə
25.03.2021 / 15:19
Qeyri-iş günündə 9 minə yaxın test aparılıb? - 1429 yeni yoluxma
9701
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
Məlumata görə, bu nəticələr bir gün ərzində 8760 nəfər arasında aparılan testlərin nəticəsidir.
Azərbaycanda indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər vəfat edib, aktiv xəstə sayı 13 118 nəfərdir.
Ölkədə son sutka ərzində 8 760, hazırkı dövrədək isə 2 807 861 test aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay