BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9699

2020-ci ildə mülkiyyət hüquqlarının qeydiyyatı əvvəlki ilə nisbətən azalıb. 

Valyuta.Az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, ötən il ümumilikdə 237 min 450 əmlak qeydiyyata alınıb. Bu, 2019-cu illə müqayisədə 12% və ya 28 min 619 əmlak azdır.  

2020-ci ildə qeyddiyyata alınan əmlakların 174 min 203-ü təkrar, 63 min 247-si isə ilkin qeydiyyatın payına düşüb. Azalma daha çox əmlakların ilkin qeydiyyatının hesabına baş verib. 

Fərdi yaşayış və bağ evlərinin ilkin qeydiyyatı 17 mindən 13 minə, təkrar qeydiyyatı isə 26 mindən 22 minə enib. Ötən il mənzillərin ilkin qeydiyyatı 2019-cu ilə nisbətən təxminən 2 min, təkrar qeydiyyatı isə 4,5 min azalıb.  

Ən çox azalma isə torpaq sahələrində qeydə alınıb. Torpaqların ilkin qeydiyyatında 2 dəfəyə yaxın azalma olub. Təkrar qeydiyyatda isə 5 minə yaxın sahə fərqi olub. 

Ötən il cəmi 11 çoxmərtəbəli yaşayış binası ilkin qeydiyyata alınıb. Halbuki 2019-cu ildə onların sayı 51 olub. 

Əmlak eksperti Elnur Fərzəliyev Valyuta.Az-a açıqlamasında bu geriləməni COVİD 19 pandemiyasının yayılması ilə izah edib. Onun sözlərinə görə, 2006-cı ildən 2019-cu ilə qədər ümumilikdə ilkin qeydiyyatların sayı 656 min 332 olub: 

“2019-cu ildə isə 78 min 426 ilkin qeydiyyat aparılıb. Təkrar qeydiyyatın sayı daha çoxdur. 2006-cı ildən 2019-cu ilədək ümumi sayı 1 milyon 568 min 572 olub. Təkcə 2019-cu ildə təkrar qeydiyyatların sayı 187 min 643 əmlak olub”. 

2019-cu ilədək əmlakların qeydiyyatı prosesinin surətlə davam etdiyini deyən E.Fərzəliyev 2020-ci il üçün gözləntilər daha böyük olduğunu qeyd edib: “Çünki həmin ildə Prezidentin tapşırığı ilə sənədsiz həyət evləri amnistiyaya düşdü və onlar çıxarışla təmin olunmalı idi. Bununla bağlı komissiya da yaradılıb, lakin pandemiya səbəbi ilə bütün proses dayandırılıb.  Məqsəd bütün əmlakları bir-bir qeydiyyata almaq idi. Lakin pandemiya səbəbindən həmin işlərdə yubanma oldu”. 

Ekspert 2020-ci ildə daşınmaz əmlakların alqı-satqılarında tək çıxarışlı olanların deyil, müqavilə və yaxud digər sənədlərlə satılanların da sayının minimum həddə çatdığını bildirib. Bunu müxtəlif səbəblərlə izah edib: 

“Virusun yayılma  qorxusu olduğu üçün mənzil satan vətəndaşlar öz evlərinə tanımadıqları şəxsləri buraxmaq istəmirdilər. Həmçinin, alıcılar da təmaslardan çəkinirdilər. Ona görə də əlində pulu olan şəxslər də risk etmədilər. 2020-ci ildə əhalinin gəlirləri də xeyli azaldığı üçün artıq vətəndaşlar əlavə pullarını daşınmaz əmlaka yatırım etmirlər. İndiyədək daşınmaz əmlak bazarındakı alıcıların böyük əksəriyyətini təkrar alıcılar təşkil edib. 2020-ci ildə onların da böyük bir hissəsi yatırım etməkdən çəkindi”.  

E.Fərzəliyev 2020-ci ildə əvvəlki illərə nisbətən daha çox həyət evlərinin satıldığını deyib. Çünki imkanı olan vətəndaşlar virus təhlükəsindən qorunmaq üçün həyət evləri almağa məcbur oldular: 

“Onların içərisində sənədsiz evlər də vardı. Lakin satışlar qeyri-rəsmi olduğundan reallıqdan daha çoxdur. Çünki paytaxtda və Abşeronda 500 minə yaxın sənədsiz fərdi evlər var. Onların alqı-satqısı çoxdu, ancaq çıxarışı olmadığından rəsmiləşdirilməsi mümkün deyil”. 

Ekspert qeyd edib ki, 2021-ci ildə sənədsiz evlərin çıxarışla təmin olunmasına start veriləcəyi gözlənilir.   


 

 

2019

2020

Mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı 

 

CƏMİ

266069

237450

ilkin

78426

63247

təkrar

187643

174203

O cümlədən;

 

 

 

Fərdi yaşayış və bağ evi 

ilkin

17762

13351

təkrar

26728

22424

Mənzil (özəlləşdirmə)

ilkin

31593

34061

təkrar

45068

40472

Torpaq sahələri

ilkin

23225

12633

təkrar

109021

105901

Qeyri-yaşayış binası

ilkin

1314

390

təkrar

3085

2153

Qeyri-yaşayış sahəsi

ilkin

4170

2676

təkrar

2996

2692

Əmlak kompleksi 

ilkin

311

125

təkrar

695

512

Çoxmərtəbəli yaşayış binaları

ilkin

51

11

təkrar

26

48

Çoxillik əkmələr

ilkin

0

0

təkrar

24

1

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin