BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9669

Beyləqanda yeni yaradılan yonca sortlarının sınaq əkini həyata keçirilib. Əsas məqsəd yerli iqlimə uyğun olan toxum növlərinin müəyyən olunması və daha məhsuldar toxumlar əldə etməkdir.

AZƏRTAC xəbər verir ki, Beyləqanda yeni yaradılan xarici və yerli sortlardan ibarət yonca toxumlarının sınaq əkininə başlanılıb. Həyata keçirilən işlər Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi Əkinçilik Elmi Tədqiqat İnstitutu və Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşəbbüsü ilə gerçəkləşib.

Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayevin sözlərinə yem bazasının daha gücləndirilməsi üçün bu sahədə bir sıra işlər həyata keçirilir. Əsas məqsəd bölgələrdə yeni sortların və texnologiyaların tətbiqi və bunun nümayişidir. Əldə olunan yerli sortların iqlimə uyğunlaşdırılması, xəstəliyə dözümlü olması vacib şərt olaraq götürülür. Bu məqsədlə beyləqanda 13 sortdan ibarət yerli və xarici növ yonca toxumu sınaq üçün əkilib. Həyata keçirilən layihə həm də yem məhsullarına olan tələbatı daxili imkanlar hesabına yerinə yetirməkdə rol mühüm rol oynaya bilər. Eyni zamanda, fermerlərin toxum seçimləri üçün daha çox imkan yaradacaq.

Labaratoriya müdiri Sevil Abbasquliyeva bildirib ki, sınaq üçün əkilən toxumlardan 4 növü yerli sortlardır ki, bunlar institut əməkdaşları tərəfindən yaradılıb. Həmçinin doqquz sortda sınaqdan çıxarılacaq ki, bu toxumlar xarici sortlar arasından seçilərək götürülüb. Gələcəkdə isə potensial məhsuldarlığa malik olan xarici sortlar yerli sortlarla hibridləşdirilməsi nəzərdə tutulub. Atılan bu addımlar elm və istehsalatın birliyin təmin etmək və fermerlər üçün daha məhsuldar toxumları təqdim etməkdir.

Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Mirağa Kazımov söyləyir ki, bu kimi yeniliklər mütamadi olaraq həyata keçirilir. Hazırda yonca toxumlarının sınaq əkini üçün Beyləqanda 2 hektar ərazi ayrılıb. Yeni yaradılan sortların əkini üçün və innovativ üsulu istifadə olunur. Əsas məqsəd fermlərin maddi rifahinin yüksəldilməs üçün məhsuldarlığın artırılmasıdır. Həmçinin region şəraitini nəzərə alaraq, yerli iqlimə uyğun yüksək potensialı olan sortların əldə edilməsidir. Həmçinin başlıca şərt vahid sahə hesabına daha çox məhsul almaqdır.

Əkin sonrası institut və mərkəz əməkdaşları tərəfindən sahəyə baxış keçirilib. Müsbət nəticələrin əldə olunması üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin