BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
9657

Kənd təsərrüfatında əkin sahələrinə yox, hazır məhsula görə dotasiyanın verilməsi bu sahəyə daha ucuz kreditlərin ayrılması məqsədə müvafiq olardı.

Bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Məlumata görə, “Aqrar sahədə yeni subsidiya mexanizimin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə fermerlərə 2020-ci il yanvarın 1-dən yeni subsidiyaların verilməsinin mexanizmi tətbiq edilir.

Qeyd edilən Fərmanla subsidiyaların yeni mexanizmlə verilməsinin elektron informasiya sistemləri vasitəsilə təşkili, kənd təsərrüfatının inkişaf hədəflərindən aslı olaraq regionlar və bitkilər üzrə subsidiyaların məbləğinin çevik müəyyən edilməsi nəzərdə tutulur.

Yeni mexanizmə uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına 6 adda yeni subsidiya, o cümlədən əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyalarının verilməsinə başlanılıb. İstehsalçıların stimullaşdırılması üçün ölkədə istehsal olunmuş məhsula görə subsidiyanın verilməsi islahat tədbirləri kimi davam etdirilir. Belə ki, pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına tədarükçülərə təhvil verdikləri məhsulun hər tonuna görə məhsul subsidiyası və müvafiq bitki növləri üzrə ölkədə istehsal edilərək satılacaq 1-ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına, tinglərin isə hər ədədinə görə toxum subsidiyasının verilməsi nəzərdə tutulub.

Bununla yanaşı, ölkədə kənd təsərrüfatı bitkiləri istehsalçılarının əksəriyyəti kiçik ölçülü ailə kəndli təsərrüfatlarıdır. Həmin təsərrüfatlarda istehsal olunan məhsullar (texniki bitkilər istisna olmaqla) əsasən öz daxili təlabatının ödənilməsinə isifadə edildiyindən və istehsal olunan məhsulların miqdarının dəqiq uçotu aparılmadığından onların məhsul subsidiyası ilə dəstəklənməsi mümkün deyil. //Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

“Avşarlar"ın “Mona Liza”sı saxta araq verirmiş - FOTOLAR

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin