BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9557

“Aqroservis” ASC aqrar sahədə aqrotexniki qulluq işlərinin mövsümə uyğun, vaxtında və operativ həyata keçirilməsi, payızlıq əkinlərində fermerlərin yemləmə gübrələrinə olan tələbatını qarşılamaq, sahələrdə aparılan gübrələmə işlərinin yubadılmaması məqsədilə bayram günlərində də gücləndirilmiş iş qrafiki ilə işləyəcək. Belə ki, fermerlər bayram günlərində də, “Aqroservis” ASC-nin istənilən rayon bölməsinə, Şirvan və Ucar Təchizat bazalarına, həmçinin rayon bölmələrindən uzaq məsafədə yerləşən kənd və qəsəbələrdə keçirilən səyyar satış xidmət məntəqələrinə yaxınlaşaraq heç bir əlavə sənəd və vəsait ödəmədən mineral gübrə əldə edə bilərlər.
Xatırladaq ki, fermerlərin gübrələrə olan tələbatını vaxtında ödəmək üçün “Aqroservis” ASC anbarlarını mövsümi mineral gübrələrlə tam təchiz edib.
Cəmiyyət fermerlərin işini asanlaşdırmaq məqsədilə 15.03.2021-ci il tarixindən etibarən bütün ölkəni əhatə etməklə, çoxşaxəli səyyar satış xidmətlərinə start verib. Gün ərzində paralel olaraq 10-dan çox istiqamətdə səyyar satış xidmətləri təşkil edilir.  

“Aqroservis” əməkdaşları rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərə və qəsəbələrə gedərək fermer və sahibkarların tələbatlarına uyğun mövsümi gübrələrin satışını həyata keçirir, əksər hallarda mineral gübrələrin fermerin ünvanına kimi ödənişsiz çatdırılmasını təmin edirlər.

Xatırladaq ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərmana əsasən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib. Dəyişikliklərə əsasən, fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə bilirlər.

“Aqroservis” ASC mineral gübrələrə olan tələbatın ödənilməsi ilə yanaşı, rayon bölmələrində olan texnikalar vasitəsilə fermerlərin aldıqları gübrələrin sahələrdə istifadəsi üçün onlara aqrotexniki xidmətlər də göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin