
İstifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi kəskin azalıb
Bu ilin yanvar-fevral ayında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 274 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, illik ifadədə 38,1% azdır. Belə ki, ötən ilin yanvar-fevralında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 442,7 min kvadrat metr təşkil edib.
Qeyd edək ki, ötən il ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu da, əvvəlki illə müqayisədə 47,6% azdır.
Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında yaşayış evlərinin tikintisinə 120,4 mln. manat vəsait yönəldilib, bu da illik ifadədə 44,7% azdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay