Dünya
19.03.2021 / 17:27
Rusiya Bankı uçot dərəcəsini artırıb
9527
Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 4,25%-dən 4,5%-ə çatdırılması barədə qərar qəbul edib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, qonşu ölkədə 2018-ci ildən bəri ilk faiz artımıdır.
"İqtisadiyyatda tələbin sürətli bərpası, inflyasiya təzyiqlərinin artması neytral pul siyasətinə qayıtmağı zəruri edir”, - Rusiya Bankının açıqlamasında qeyd olunub.
Qurum həmçinin uçot dərəcəsinin bundan sonra da artırılması ehtimalının yüksək olduğunu qeyd edib. "Bloomberg" agentliyi isə bu ilin sonuna qədər faizin 5,5-6% səviyyəsinə çatdırıla biləcəyini yazıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay