Statistika
19.03.2021 / 14:44
Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb - STATİSTİKA
9503
Naxçıvanda yanvar-fevral aylarında 369 milyon 178 min 100 manatlıq ümumi daxili məhsul istehsal olunub.
Naxçıvan Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən məlumatda bu göstəricinin 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çox olduğu bildirilib.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 799,8 manata çatıb.
Qeyd edək ki, muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur.
Sənaye üzrə 179 milyon 625 min 700 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay