BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
9490

Son illər Azərbaycanda turizmin inkişafı dövlətin xüsusi diqqətində saxlanılır, xaricdən daha çox turistlərin cəlb olunması üçün layihələr hazırlanır və külli miqdarda maliyyə vəsaitləri sərf olunur. Bununla belə, problemlərin çoxluğu, həddindən çox bahalılıq və xidmətlərin aşağı səviyyədə olması ölkəyə tursit axınına və dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasına cox ciddi manelərə yaradır.  

Valyuta.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin (DTA) yaydığı rüblük hesabatda, ölkəmizin ən məşhur turizm məkanlarından  biri olan Naftalan şəhəri ərazisindəki bütün hotellərdəki vəziyyət diqqətdə saxlanılıb və bu məkanlardakı qiymətin bahalılığı və xidmətlərin aşağı olması, turistlərin bu xidmətlərdən narazı qalması ilə bağlı kifayət qədər faktlar əks olunub. 

Qiymətlər baha, xidmətlər aşağı səviyyədə

Naftalan şəhərindəki beşulduzlu hotellərin paketlərdə təqdim etdiyi bir günlük qiymət 200-230 manat təşkil edir. Bu göstərici “Mineralnıye Vodı” ərazisindəki müalicə sağlamlıq mərkəzlərindəki qiymətlərlə bərabər, Lıvov kurortlarının qiymətlərindən isə bahadır. Belə ki, Mineralnıye Vodı” ərazisində bir günlük istirahət üçün 200-260 manat, Lıvov kurortlarında isə 190-250 manat təşkil edir. 

Qeyd edək ki, istər dördulduzlu, istərsə də beşulduzlu otellərdəki qymətlərin nisbətən yüksək olması təqdim olunan əlavə xidmətlərə daha çox aid edilir. Belə ki, hotelin paket üzrə təqdim etdiyi qiymətlər regionda olan beşulduzlu müalicə mərkəzlərindən az fərqlənir. 

Naftalanda beşulduzlu hotellər üçün ümumi dəyərləndirilmə nisbətən aşağı göstərici qiymətlər və internet təminatı ilə bağlıdır. Turistlərin qiymət üzrə rəylərində əsas narazılıq ekstra xidmətlər və transferlə bağlıdır. İnternet təminatı regionlar üçün səciyyəvi problem olduğuna görə provayderlər qiymətindən asılı olmayaraq, yüksək sürətli internet təqdim etmirlər. Bu da texniki proses olduğuna üçün turistlərə yüklənmənin yüksək olması ilə izah edilir.

Natəmizlik, aşağı səviyyəli xidmət...

Naftalan şəhərinin dördulduzlu müalicə mərkəzlərindən olan “Gözəl Naftalan” və “Möcüzəli Naftalan” hotelləri üzrə turistlərin rəyləri 8 baldan yuxarıdır. Qeyd olunan hotellərin əsas problemi təmizlik (7,3 bal), qiymətlərin xidmətlərin keyfiyyətinə uyğun olmaması (6,9 bal), yerləşmənin aşağı olması (7,4 bal), internetin zəifliyi (5 bal) mənfi amil olaraq qeyd edilir. 

Turistlər əsasən otaqların günaşırı təmizlənməsindən və ağların, dəsmalların iki gündən bir dəyişməsindən şikayət edir və bunları mənfi amillər kimi dəyərləndirilər. Yerləşmənin zəif olması isə otaq xidmətlərinin aşağı olması ilə əlaqələndirilir. Otaqların təmizliyinin əsasən müraciət əsasında aparılmasını da turistlər mənfi cəhət olaraq qeyd edirlər.

Turistlər otellərdə qidalanmadan çox şikayət edirlər 

Qeyd olunan hotellərin paketlərində bir günlük müalicə, gecələmə və üç dəfə qidalanma birlikdə 60-80 manat təşkil edir ki, bu da eyni kateqoriyadan olan hotellər üçün yüksək deyildir. Qiymətlərin xidmətlərə uyğun olmamasını qeyd edənlər hotellərdə xidmətlərin keyfiyyətinin nisbətən aşağı olması ilə əlaqələndirirlər.

Qidalanmada çeşidlərin az olması da turistlərin narazı qaldığı amillərdəndir. Bu mərkəzlərdə qidalanmada açıq süfrə təqdim olunsa da, yeməklərin növünün eyni olması, bəzən nahar və axşam menyularının az fərqlənməsi narazılığın artmasına səbəb olur. 

Turistlərlə kobud davranış və əlavə haqq tələbləri

Bu hotellərdə həkimlərin professionalığının yüksək olması qeyd olunsa da, orta tibb işçilərinin turistlərlə davranış qaydaları ürəkaçan deyil, üstəlik turistlərdən paketə daxil olan müalicə xidmətlərinə görə əlavə ödənişlər tələb edilir. 

DTA diqqətə çatdırır ki, qeyd olunan problemlərin mövcudluğu gələcəkdə turistləri bu müalicə-sağlamlıq mərkəzlərinə gəlməkdən çəkindirə bilər. 

Qeyd edək ki, Naftalan şəhərində olmuş turistlər digər müalicə mərkəzlərindən “Möcüzəli Naftalan”, “Gözəl Naftalan Resort”, “Naftalan” “Şəfa vannaları”, “Kəpəz” santoriyalarında xidmətlərin aşağı olduğu barədə də şikayətçi olurlar. Bu sanatoriyalardan “Mözüzəli Naftalan” və “Sehrli Naftalan” haqqında rəylərə beynəlxalq aqriqatorlarda daha çox rast gəlinir və orta bal göstəriciləri 7-8 bal arasında dəyişir. Bu sanatoriyalarda qiymətlər ucuz olsa da, paketə daxil olan müalicə xidmətlərinə görə əlavə ödəniş tələb olunması halları üstünlük təşkil edir.
Paketə daxil olan tibbi prosedurlara, massaj və digər fizioterapiya xidmətlərinə görə əlavə pul tələb olunur. Personalın dil biliklərinin zəif, müştərilərlə davranış qaydalarının aşağı olmasını turistlər xüsusilə qeyd edirlər. Personal paketə daxil olan bütün xidmətlər üçün əlavə pul tələb edir.

Qidalanma ilə bağlı narazılıqlar daha çox çeşidin az, keyfiyyətin aşağı olması, gecikən zaman isə yeməklərin çatmaması halları ilə bağlıdır. 

Rövşən Ziya
Valyuta.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

"iPhone XX" gəlir? - "Apple"dan "iPhone"un 20 illiyi üçün iddialı planlar

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

"Atlant" İstirahət Mərkəzi müsadirə oluna bilər - Həbs qoyuldu

Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin uzadılması şərti açıqlanıb

Bu hallarda aliment əmlaka yönləndirilə bilər

“Kapital Bank”ın Müşahidə Şurasına təyinat olub

Təyyarələrdə sərnişin məlumatları qaydaları təsdiqləndi

Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA

Mərkəzi Bank növbəti dəfə “Epul”da pozuntular aşkarladı

Azərbaycanda dövlətdən ev alanlar - Ən çox bu rayonlardadır

Azərbaycanda bu universitet cərimələndi

Azərbaycanda bu universitet cərimələndi

Mingəçevir Baytarlıq Xidmətinə yeni rəis təyin olundu

Azərbaycanda insanların "WhatsApp" yazışmalarını ələ keçirərək satan şəxs həbs edildi

987 manatlıq qan alınıb - Bu ölkələrdən

Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib

"OpenAI" şirkətin inkişafını ləngitdiyinə görə İlon Maskı məhkəməyə verir

Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

Elçin Ələkbərli departament rəhbəri təyin edildi

"Bakı Mühəndislik Universiteti"nin nəzdində yeni institut yaradıldı

"Bakı Mühəndislik Universiteti"nin nəzdində yeni institut yaradıldı

Köçkünləri geri qayıtmağa təşviq etmək üçün 1.8 milyon manat ayrıldı

Həyat sığortasına maraq artır - İlk 2 ayda 110 milyon manat yığılıb

Aprel ayının pensiyaları ödənildi

Baş həkim klinikasına lift qoymağa icazə üçün 95 min verdi - Mənimsənildi

Könül Mehdiyeva UEFA-dan təyinat alıb

Bu ölkədən saqqızın kilosunu 50 manata alırıq

AMB kiberdələduzluqla bağlı nəzarətin gücləndirilməsi üçün banklara göstəriş verib

Sabah hava yağmursuz olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin