BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
9433

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.

Valyuta.az xəbər verir ki, sərəncama əsasən ümumilikdə 625 nəfər əfv olunub. 

Onlar arasında azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 475 nəfər cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzası çəkilməmiş hissəsi yarıyadək azaldılıb. 

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib, şərti olaraq məhkum edilmiş 2 nəfər isə cəzadan azad edilib. 

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan tam, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər isə cəzanın çəkilməmiş hissəsindən azad edilib. 

İslah işləri cəzasına məhkum edilmiş 12 şəxs cəzanın çəkilməmiş hissəsindən, 23 nəfər isə cərimə cəzasından azad edilib. 

Qeyd edək ki, əfv  edilənlər arasında Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum etmə cəzası almış Əliyev Vüqar İbrahim oğlu, Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilmiş Aslanov Azər Məhərrəm oğlunun adları var. Onların hər ikisinin cəzası 25 il azadlıqdan mərhumetmə ilə əvəzlənib.

Əfv sərəncamı ilə azadlığa buraxılanlar arasında 4 nəfər AXCP üzvü də var. Onlar Orxan Baxışlı, Elçin İsmayıllı, Məhəmməd İmanlı və Babək Həsənovdur.

Azad olunanlar arasında “Gəncə hadisələri”ndə təqsirli bilinərək həbs olunmuş Allahverdiyev Elvin Nəriman oğlu və Xudiyev Vüqar Mənsur oğlu da var. Onları cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncam 6 xarici ölkədən 23 şəxsə də şamil olunub.

Əfv olunanlar arasında “Nardaran hadisələri”nə görə həbs olunan Abbas Əbdülrəhman oğlu Quliyev və Qəhramanov Nahid Nəsib oğlu də var. Onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov ilə birgə həbs olunmuşdu.

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

MİDA: Güzəştli mənzilləri daha çox hərbçilər, müəllimlər və polislər alıb

Azərbaycanda orta aylıq əməkhaqqı 1 043 manata yüksəlib

Əsas kapitala 3,4 milyard manat investisiya yönəldilib

Bəzi şəxsləri 7 min manatlıq cərimə gözləyir

Borcluların ölkədən getmək hüququ yeni qaydada məhdudlaşdırılacaq, SMS göndəriləcək

15.8 milyard manatlıq istehsal - Sektor böyüyür

Trendyol Azərbaycan bazarına necə inteqrasiya edir?

Azərbaycan iqtisadiyyatı böyüyüb

Naxçıvan Ali Məhkəməsinə hakim təyin edildi

Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə görüşü keçirilir

Sabahın havası açıqlandı

Sahibkarlar bu məsuliyyətdən azad edilir

Vəzifəli şəxslərə cinayət işi açıldı

Çindən cavab: ABŞ-a 125 faiz gömrük rüsumu tətbiq olundu

Apellyasiya məhkəmələrinin hakimləri yeniləndi

Müştərini alçaldıb satış edənlər - Fərqli marketinq strategiyası

Müştərini alçaldıb satış edənlər - Fərqli marketinq strategiyası

Vahid Əhmədovun oğlu hakim təyin olundu

“Azərbaycan Dəmir Yolları” sədrinin müşaviri vəzifəsindən azad edildi

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olundu

Prezident İlham Əliyev Antalyada Şimali Kiprin Prezidenti ilə görüşüb - YENİLƏNİB

Təlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi?

MTK-dan alınan mənzilə necə çıxarış əldə edə bilərik?

Məktəblilərimizin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq

Cəzadan azad edilmiş şəxsə təkrar müavinətin təyin olunması ilə bağlı qərar verildi

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək? - AÇIQLAMA

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək? - AÇIQLAMA

Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir?

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

“28 May” metrosunda bunlar dəyişəcək

Bu xəstəxanaya yeni baş həkim təyin olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin