Azərbaycan Rusiyadan quduzluğa qarşı vaksin alır
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Stavropol Bölgəsi və Qaraçay-Çərkəz Respublikası üzrə İdarəsi vəhşi ətyeyən heyvanlar üçün nəzərdə tutulan 88 min doz quduzluğa qarşı vaksinləri araşdırıb.
Valyuta.az Axar.az-a istinadla xəbər verir ki, bu vaksinlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Xidmətləri Agentliyinin dövlət sifarişi ilə ixrac üçün nəzərdə tutulub.
Yoxlanılan partiyalar Azərbaycan və Avrasiya İqtisadi Birliyinin baytarlıq və sanitariya tələblərinə cavab verib.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə görə, Stavropol Bölgəsindən yaxın və uzaq xaricdəki ölkələrə peyvənd ixracı xeyli artıb və bu ilin fevral ayında 5 mln 512 min doza çatıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay