BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9364

Azərbaycan 44 günlük əks-hücum əməliyyatı ilə ərazi bütövlüyünü bərpa edib, 28 il Ermənistanın işğalı altında olan torpaqlarını azad edib. O cümlədən Azərbaycan - İran sərhədi boyunca bir sıra ərazilər Ermənistandan geri alınıb".

Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov xarici KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın İranla sərhədini tam bərpa etməsi Bakı - Ələt - Horadiz - Mehri - Culfa - Naxçıan dəmir yolu xəttinin bərpasını mümkün edir: “Bu xətt qismən Ermənistan ərazisindən keçir. 1990-cı illərdə xəttin Culfa və Horadiz arasındakı hissəsini Ermənistan dağıdıb. Bu xəttin canlanması İrana, Yaxın Şərqə doğru yeni bir yol aça bilər. SSRİ dövründə Culfa stansiyası İrana gedən yol sərhəd qovşağı idi və burdan ildə 3 milyon tondan çox yük daşınırdı. Gələcəkdə bu yolu Bakı-Tbilisi-Qars (BTQ) magistralı ilə birləşdirmək üçün Naxçıvandan Türkiyənin Qars şəhərinə doğru birbaşa əlaqənin qurulması planlaşdırılır. Beləliklə, Bakıdan Qarsa iki marşrut (Tbilisi və Naxçıvan) olacaq. Hər yeni marşrut nəqliyyatın inkişafı üçün əlavə imkanlar yaradır. Bundan əlavə, bu tur, Aralıq dənizindəki Türkiyənin Mersin Limanına qısa yol açacaq”.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə istismara verilib. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir, iki qitə arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan dəmir yolu xəttinin 504 kilometri Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. //Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin