BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9354

“Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində bir sıra mühüm dəyişiliklər edilib. Məcəllədə aksiz marka və dərəcələrinə də geniş yer verilib”.

Valyuta.az xəbər verir ki, bunu AzərTac-a şərh edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva söyləyib. 

Rəis müavini qeyd edib ki, Azərbaycanda həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələri mərhələli şəkildə artırılır:

“Beynəlxalq təcrübədə də aksizli mallara tətbiq edilən aksiz vergisinin bir qismi məhz əhalinin sağlamlığının qorunması məqsədlərinə yönəldilir. Ölkəmizdə də məqsəd eynidir və bu artımın iqtisadi təsirləri nəzərə alınır”.

O bildirib ki, aksiz dərəcələrinin artırılmasının istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi diqqətdə saxlanılır. 

“Dəyişikliyə əsasən, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər aksizli malların siyahısına daxil edilmiş və hər kiloqramına 30 manat olmaqla aksiz dərəcəsi müəyyən edilib. Aksizli malların siyahısına daxil edilmiş digər bir məhsul qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarıdır ki, bu məhsulların da hər 1000 ədədinə 12,9 manat aksiz dərəcəsi müəyyən edilib. Mövcud aksizli mallardan siqarilla (nazik siqarlar) üzrə aksiz dərəcəsi 1000 ədədinə 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri üzrə aksiz dərəcəsi 1000 ədədinə 31 manatdan – 35 manata, elektron siqaretlər üçün maye üzrə aksiz dərəcəsi isə hər litrinə 20 manatdan 100 manata qaldırılıb”.

S.Musayevanın sözlərinə görə, aksiz dərəcələrinin artımının bu bazarın inkişafına mənfi təsiri müşahidə olunmur: 

“Ölkəmizdə aksizli mallar bazarı son illər daha çox ixracyönümlü xarakter almağa başlayıb. Vergi orqanları tərəfindən aksizli malların istehsalı və dövriyyəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu sektor üzrə vergi daxilolmalarında yüksək artım dinamikası müşahidə olunur. 2020-ci ildə qeyri-neft sektoru üzrə aksiz daxilolmaları (397,2 milyon manat) 2017-ci ilin müvafiq göstəricisindən 18 dəfə (22,4 mln manat) çox olub”.

Onun sözlərinə görə, insan sağlamlığına zərərli məhsullara aksiz dərəcələrinin artması daha çox sosial xarakter daşıyır və bu addım son illər müsbət nəticələrə yol açıb:

“Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Azərbaycanda ümumiyyətlə tütün çəkmə son illər azalma tendensiyası ilə müşahidə olunur. Kişilər arasında siqaret çəkmənin dəqiq statistikasına gəldikdə isə demək olar ki, 20 yaşdan 44 yaşa qədər kişilərin 26 faizə qədəri siqaret çəkir. Bu baxımdan, qanunvericilik səviyyəsində tədbirlərin görülməsi effektiv nəticələr əldə etməyə imkan verir”. 

Samirə Musayeva qeyd edib ki, bu tendensiya dünya təcrübəsində də geniş tətbiq olunur: 

“Bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə sağlamlıq üçün zərərli sayılan məhsullara tətbiq edilən vergilər üzrə daxil olan vəsait, əsasən əhalinin sağlamlığının təmin olunması ilə bağlı səhiyyə proqramlarına yönəldilir. Aksiz vergilərindən gələn gəlirlərin piylənmə, şəkər və başqa xəstəliklərdən əziyyət çəkənlərin müalicəsinə cəlb edilməsi təcrübəsi Türkiyədə, ABŞ-da və əksər Avropa ölkələrində mövcuddur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin