BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9325

“Ermənistan ötən ilin noyabrın 9-da Azərbaycan və Rusiya ilə imzalanan bəyanatın müddəalarına sadiq qalacağı təqdirdə Azərbaycanın infrastrukturundan faydalana biləcək”.

Valyuta.Az xəbər verir ki, bunu “Reporta”a "Şimali Qafqaz - Cənubi Qafqaz" kəmərində (bu kəmər vasitəsilə Gürcüstan üzərindən Rusiyadan Ermənistana qaz nəql olunurdu) təmir işlərinin aparılması ilə əlaqədar olaraq Rusiyadan Ermənistana təbii qaz nəqlinin müvəqqəti olaraq Azərbaycan üzərindən həyata keçirilməsini şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov deyib.

Bu onu göstərir ki, Ermənistanın gələcəyi Azərbaycandan asılıdır. Kommunikasiyalar, yollar açılmasa o təkbaşına həmin infrastrukturu qurub inkişaf etdirə bilməyəcək. Ölkənin bugünki iqtisadi potensialı buna imkan vermir. Ona görə də Ermənistanın üçtərəfli bəyanatın müddəalarına sadiq qalmaqdan və revanşist niyyətlərdən əl çəkərək konstruktiv mövqe ortaya qoymaqdan başqa bir alternativi yoxdur. Əks təqdirdə siyasi burulğan içərisində çalxalanan qonşumuz həm də dərin iqtisadi böhrana sürüklənmək perspektivi ilə üzləşəcək”.

Ekspert diqqətə çatdırıb ki, bu, eyni zamanda Azərbaycanın çox güclü və effektiv enerji infrastrukturuna malik olmasının göstəricisidir: “Ölkəmiz əməli olaraq 9 noyabr bəyanatına sadiq olduğunu göstərir. Bu, həm də qarşı tərəfə bir ismarıcdır. Yəni Ermənistan konstruktiv yanaşma ortaya qoyduqca kommunikasiyaların açılması Azərbaycan tərəfindən təmin olunacaq. Bu gün faktiki olaraq regionun dalanına çevrilən Ermənistan üçün Azərbaycanın bu cür addımı həyati vacibdir. Çünki infrastrukturun bərpası onun xarici investisiyalar üçün cəlbediciliyini artırmaqla yeni regional layihələrin iştirakçısı olmasında vacib rol oynaya bilər”.

Xatırladaq ki, Rusiya Federasiyasından Ermənistana təbii qaz nəqlinin müvəqqəti olaraq Azərbaycan üzərindən həyata keçirilməsinə dair martın 16-da "Gazprom Export" MMC və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında qısamüddətli müqavilə imzalanıb. Buna səbəb kəmərdə təmir işlərinin aparılmasıdır. Təmir işləri başa çatdıqdan sonra qaz nəqli yenidən Gürcüstan üzərindən aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin