
17.03.2021 / 16:25
TRACECA ilə daşınan yüklərin həcmi nə qədərdir? – RƏQƏMLƏR
9315
Cari ilin yanvarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 3,2 milyon ton təşkil edib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, yük dövriyyəsi isə 770,7 milyon ton/kilometr olub.
Yüklərin 1 milyon 835 min tonu və ya 56 faizi avtomobil nəqliyyatı, 1 milyon 106,3 min tonu və ya 33,8 faizi dəmir yolu nəqliyyatı, 336 min tonu və ya 10,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 21,7 faizini və ya 709,9 min tonunu tranzit yüklər təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay