
“Azərişıq” böyük məbləğdə cərimələndi
"Azərişıq" ASC məhkəməyə verilib.
Valyuta.az Aznews.az-a istinadən xəbər verir ki, işə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq
Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə "Azərişıq" ASC barəsində inzibati protokol tərtib edilib.
Ədliyyə Nazirliyinin icra şöbəsi tərəfindən tərtib edilən protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsində hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay