
Ötən il qiymətli kağızlar bazarında nə baş verib? – RƏSMİ
Ötən il ərzində dövlət qiymətli kağızları bazarında aparılan əməliyyatların həcmi 8.6 mlrd. manat təşkil edib.
Valyuta.az xəbər verir ki, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə fond birjasında 46 hərrac keçirilib.
Notlarla təkrar bazar əqdlərinin həcmi isə 30% artaraq 491 mln. manata yüksəlib.
Hesabat dövründə dövlət istiqrazları ilə əməliyyatların ümumi həcmi 42% artaraq 1.7 mlrd. manat təşkil edib. Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə fond birjasında 36 hərrac və bir qapalı yerləşdirmə keçirilib və nəticədə ilkin bazar əqdlərinin həcmi əvvəlki illə müqayisədə 77% artaraq 1.2 mlrd. manat olub.
Dövlət istiqrazlarının təkrar bazarı 521 mln. manat olub. Eyni zamanda, 2020-ci ildə ilk dəfə olaraq, mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq dövlət istiqrazlarının hərracının keçirilməsi zamanı tələbin təklifi üstələməsi halında emitent tərəfindən təklifin artırılması imkanı yaradılıb.
Bu, dövlət istiqrazlarına olan tələbin çevik ödənməsi imkanlarını artırmaqla yanaşı, bazardan maliyyələşmə imkanlarını genişləndirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay