BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9203

"Bəzi sektorlar istisna olmaqla, pandemiya digər bütün sahələrə ağır fəsadlar yaşatdı. Bunlardan ən təhlükəli isə inflyasiya meyillərinin güclənməsidir”.

Valyuta.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. 

O bildirib ki, pandemiyanın ağır təsirlərinin aradan qaldırılması üçün yatırılmış iri həcmli maliyyə vəsaitləri inflyasiya təhlükəsini artıran başlıca səbəblərdəndir:


 
"Kommunal xərclərin artırılması da bir müddət sonra infilyasiya yaradan faktorlar içindədir. Buna görə də pandemiyanın mənfi təsirləri, iqtisadiyyata buraxılmış əlavə pul kütlələri, yanacağın qiymətinin qalxması və kommunal xərclərin artırılması kimi ardıcıl baş verən proseslərdən sonra ərzaq və qeyri-ərzaq məhsularında olan qiymət artımını sensasiya kimi qəbul etməyə dəyməz. Bütün bunlar baş verən proseslərin zəruriliyinin ortaya çıxardığı sadə bir qanunauyğunluqdur”.

Ekspertin sözlərinə görə, qeyd edilən hadisələrdən sonra zərurətdən doğan inflyasiya ilə yanaşı, süni qiymət artımına da rast gəlinir: 

"Buna görə də qiymətlərin zəruri artımından əlavə olaraq, daha da qaldırılmasında maraqlı olan mal və xidmət təklif edən tərəflərə ciddi nəzarət mexanizmi də vacibdir. Qiymətləri zəruri olandan da yuxarı qaldıra bilənlərə isə "işbaz” demək düzgün deyil. Ümumiyyətlə biz çalışmalıyıq ki, "işbaz” sözünü leksikonumuzdan uzaqlaşdıraq. Sözün etimologiyasına varsaq, görərik ki, bu heç də pis bir ifadə deyil".
 
Ekspert bildirib ki, iş görməyə, biznes qurmağa meyilli olan fərd tipidir: 

“Heç zaman "işbaz” dediyimiz bu fərdlər istəsələr belə süni qiymət artımına nail ola bilməzlər. Çünki rəqabətin olduğu bazar mühitində süni qiymət artımı deyilən bir məhfum yoxdur.  Əgər qiymət artıbsa, deməli bunun iqtisadi səbəbləri var. Yox əgər biz  doğrudan da süni qiymət artımı müşahidə ediriksə, o zaman bunun səbəbkarı olan  təsərrüfat subyektlərinə "işbaz” yox, inhisarçı deyilir. Başqa sözlə, süni qiymət artırma qüdrətində olan təsərrüfat subyektləri inhisarçı adlanır, işbaz yox”.
 
Eldəniz Əmirov qeyd edib ki, bəzi məhsullarda hətta 30%-dək artım müşahidə edilir: 
 
"Bir müddət əvvəl rəqabət haqqında qanunun layihəsi haqda danışarkən deputat Əli Məsimli bununla bağlı iradlarını bildirmişdi. Biz artıq neçə ildir ki, bu qanunun  qəbuluna nail ola bilmirik. Deməli, əgər biz bazarlarda süni qiymət artımına qarşı mübarizə aparmaq istəyiriksə, bu zaman ilk növbədə bu qanun layihəsi qəbul edilməli və icrası da ciddi nəzarətə götürülməlidir. Eyni zamanda inhisarçı təsərrüfat subyektlərinə qarşı dövlətin antiinhisar tənzimləmə metodları yenidən işlənib hazırlanmalı və tətbiq edilməlidir".
 
Onun fikrincə, bütün bunlar yerli-yerində edilməsə, süni şəkildə olan qiymət artımına qarşı mübarizə heç vaxt fayda verməyəcək: 

“Görülən tədbirlər qısa müddətli effektiv olacaq. Sadə dildə desək, bazarda bir malı və ya xidməti təklif edənin çox olmasına gətirib çıxaran addımlar atmalıyıq. İstehlakçının alternativ seçimləri olmayınca, ona istənilən qiymət diktə ediləcək. Yalnız təbii inhisar formalarında istehlakçının seçimi olmur, onda da dövlət inzibati qaydada tənzimləmə metodlarını tətbiq etməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin