Aqrar
16.03.2021 / 12:03
Daha 4 sahibkarlıq subyekti Rusiyaya pomidor ixrac edə bilər
9189
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") qərarı ilə sabahdan Azərbaycanın daha 4 sahibkarlıq subyekti qonşu ölkəyə pomidor ixrac edə biləcək.
Valyuta.Az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, sözügedən qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri əsasında qəbul edilib. İxraca icazə verilənlər “Eko Agro” MMC, eləcə də 3 fiziki şəxs - Rzayev Hüseyn Rahib oğlu, Məmmədov Kazım Məmməd oğlu və Əliyev Fuad Paşa oğludur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay