BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9158

Novruz bayramının yaxınlaşması özünü həm də qiymət artımı ilə göstərməkdədir. Bu isə haqlı olaraq narazılıq yaradır. 

Elə ötən həftə Milli Məclisin deputatı Əli Məsimli də süni bahalaşmaya etiraz edənlərdən biri olub.
 
"Qiymət artımlarında, bahalaşmada monopoliya, inhisarçılıq çox mühüm rol oynayır. Bu halların hələ də davam etməsi qiymət artımı və bahalaşmanı şərtləndirir. Odur ki, süni qiymət artımına, bahalaşmaya, inhisarçılığığa qarşı ciddi ölçülər götürülməlidir” – deyə, millət vəkili bildirib.

Maraqlıdır, süni bahalaşmanı kimlər yaradır? Bunun qarşısını almaq mümkündürmü?

Valyuta.az ən xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı-ekspert Elşad Məmmədov Sfera.az açıqlamasında bildirib ki, süni bahalaşmanın qarşısını almaq üçün ilk növbədə aidiyyatı dövlət qurumları, xüsusilə antiinhisar siyasəti ilə məşğul olan, istehlak bazarına nəzarəti təmin etməli olan İqtisadiyyat nazirliyinin qurumları effektiv fəaliyyət göstərməlidir: 
 
"Nəzərə almaq lazımdır ki, hər dəfə bayramlar ərəfəsində inhisarçı qurumlar tərəfindən qiymətlərin süni şəkildə artırılma prosesi həyata keçirilir. İstehlakçılar, son nəticədə həm də dövlət bu prosesdən zərər çəkir. Ona görə də fikrimcə, dövlət qurumlarının effektiv fəaliyyətinə ehtiyac var. Bununla yanaşı, birbaşa istehsalçıların vasitəçilər olmadan istehlakçılarla ünsiyyətinin qurulması zəruridir. Çünki bir çox hallarda vasitəçilər məhsul istehsalçılarından dəfələrlə çox mənfəət götürür. Bu da istehlak bazarında çox ciddi problemlərə səbəb olur”.

Ekspertin sözlərinə görə, bir tərəfdən inhisarçılar var, digər tərəfdən isə ticarət kanalları ölkədə lazımi səviyyədə işləmir:
 
"Ticarət kanalları faktiki olaraq ticarət sektorunun istehsal sektoruna nisbətən daha çox mənfəət götürməsinə şərait yaradır. Bu baxımdan ən mühüm məsələlərdən biri ticarət kanallarının təkmilləşdirilməsidir. İstehsalla istehlak arasındakı əlaqədə ticarət bir halqadır. Amma o halqa həm istehsalçıya, həm də alıcıya diktə etməməlidir. O, yalnız vasitəçidir və burada onun mənfəəti cüzi faizlərlə ölçülməlidir. Bizdə isə görürük ki, məsələn, kənd təsərrüfatı istehsalçısı məhsulunu 40 qəpiyə satır, lakin son nəticədə daşınma sahəsindəki inhisarçılıq mövqelərindən istifadə edərək bazara həmin məhsulu 2-3 manata çıxarır. Bu amillər mütləq şəkildə aradan qaldırılmalıdır”.

Müsahibimiz hesab edir ki, bu istiqamətdə dövlətin rolu artırılmalıdır:

"Biz dövlətin rolu azalsa, bazar iqtisadiyyatında rəqabət olacağını, bu şəraitdə qiymətlərin düzgün tənzimlənəcəyi haqqında çox danışa bilərik. Amma ən mühüm məqamlardan biri odur ki, hər şeyi bazarın öhdəsinə buraxsaq, orada inhisarçıların mövqeyinin möhkəmləndiyini, qiymətlərin alıcılar üçün əlçatan olmamasını görəcəyik. Dövlət prosesdə tənzimləyici, idarəedici funksiyasını icra etməlidir. Dövlət də hansısa inhisarçıların deyil, şübhəsiz ki, ilk növbədə dövlətin və istehlakçıların, istehsalçıların marağından çıxış etməlidir. Bu o demək deyil ki, ticarət şəbəkələrində mənfəət formalaşmamalıdır. Ticarət şəbəkəsi rəqabət mühitinə və istehsalla istehlak arasındakı effektiv halqaya çevrilməlidir. Bu olarsa, dövriyyə də artar, o zaman nəticədə iqtisadiyyatımız daha effektiv inkişaf edər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin