BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
9147

Azərbaycanda ilk dəfə mal-qaranın sığorta kalkulyatoru istifadəyə verilib.

Aqrar Sığorta Fondu bir neçə həftə öncə əkin sahələrinin sığortalanması ilə əlaqəli kalkulyator istifadəyə vermişdi. İndi isə mal-qaranın sığortası ilə bağlı kalkulyator istifadəyə verildi.

İqtisadçı ekspert Əli Əhmədovun Valyuta.Az-a bildirdiyinə görə indi fermerlər öz heyvanlarının sığorta haqqını sərbəst hesablaya biləcəklər.

Kənd təəsrrüfatının artıq məşğulluq yox, biznes sahəsi olduğunu bildirən ekspert qeyd edib ki, Bakıdan çıxdıqdan sonra, bölgələrdə böyük  investisiya sahələri başlayır: 

"Yeni kalkulyatorun istifadəyə verilməsi fermerlərin işlərini asanlaşdıracaq, əvvəllər bunun üçün  Aqrar Sığorta Fonduna müraciət etmək lazım gəlirdi və ya fermer özü hesablayırdı. Burda fermerlərə bir neçə paket təklif olunurdu deyə, heyvan sahibləri bəzən hər şeyi düz başa düşmürdülər. Öz ödəyəcəkləri və ya onlara ödəniləcək məbləğləri anlamaqda çətinlik çəkə bilərdilər. İndi bu problem aradan qalxıb". 

Onun fikrincə, hazırda ancaq südlük inək və camış daxil edilib, yaxın zamanlarda qanunda dəyişiklik ediləcək və ətlik inək, camış, qoyun və keçi də bu siyahıya daxil ediləcək: 

"Heyvan sahibləri sığortalamaq istədiyi heyvanın növünü və təminat növünü  (asf.qov.az) saytda seçir. Təminat növü olaraq 2 paket təqdim edilir. 2 paketin hər biri iki formada təmin olunur. Birinci  paketdə qiymətlər  heyvanın qiymətinin 6,1% , 5,4%-i qədər  təyin edilir. Tutaq ki 1000 manatlıq inəyi 61 manata və ya 54 manata sığortalamaq olardı, ikinci paketdə 95 və 83 manata. Birinci paketdə bütün yoluxucu xəstəliklər, təbiət hadisələri nəticəsində dəyən ziyan, yanğın, ilan sancması  və məcburi kəsim kimi hallar nəzərdə tutulur. Digər paketdə isə üçüncü şəxslərin hərəkəti nəticəsində heyvana dəyən ziyan da nəzərə alınır. Məsələn, avtomobillə heyvanın vurulması, baytarların səhv  dərman vurması nəticəsində, elektrik cərəyanı  vurması nəticəsində heyvanın ölməsi. Hər iki paketdə azadolmayla bağlı maddə var. Birinci paketdə azadolma məbləği 10, ikinci paketdə 20 faiz nəzərdə tutulub". 

Fermerlərə 10 faizlik azadolma məbləğini seçməyi tövsiyə edən Ə.Əhmədov, fərqi belə izah edib:

"Tutaq ki, mənim 2000 manatlıq inəyim var. Onu sığortalamaq istəyirəm.Birinci paketdə 6,1 faiz nəzrədə tutulubsa, onun qiyməti 122 manat edir. Qanunla sığortanın yarısını dövlət, yarsını fermer ödəyir. İnək ölərsə 6,1 faizlik sığortadan 10 faiz çıxılır, 2000 manatlıq inəyə görə inək sahibinə 1800 manat ödənilir. 20 faizlik paketi seçibsə, (54 manatlıq paketi) 2000 manatdan 20 fazi çıxılacaq. Fermerə 1600 manat ödəniləcək. Yəni 10 faizlik azadolma fermerlər üçün daha sərfəlidir”.

Hazırda Aqrar Sığorta Fondu bir növ heyvan, 14 növ bitki və balıqları sığorta edir. Bu bitkilər ölkədəki bütün əkin sahələrinin 85 faizini təşkil edir. Qarşıdakı aylarda aqrar sığortanın ölkədəki bütün əkin sahələrinin 95 faizini əhatə etməsi nəzərdə tutulur.

İlhamə
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan kiloqramı 17 manatdan ilbiz alıb

Deputatın şirkətinə 500 manatlıq sifariş

Çinin yeni sürprizi: USB-C-ni belə kölgədə qoyacaq kabel standartı - GPMI

Qusarın dağ kəndinə 1 milyon manatdan artıq turizm yatırımı

Dövlət qurumlarına avtobus satan şirkətin sahibinə “stop” qoyula bilər

55 avtomobil cəmi 123 000 manata - Növbəti avtomobil hərracı keçiriləcək

İsveç saatlarının idxalına nə qədər xərclənib?

Trampın "90 günlük fasilə"si və Çin üçün daha da artırılan faizlər

Bu ölkə Azərbaycana kiloqramı 32 manatdan dondurma satır

AİB Azərbaycanda büdcə kəsirinin azalmasını proqnozlaşdırır - Hansı sektorlar qazanacaq?

Braziliya əlavə tariflərdən yayınmağa çalışan "Apple"ın yeni istehsal bazası ola bilər

Banklar vətəndaşın etibarını necə qazansın?

Banklar vətəndaşın etibarını necə qazansın?

İntellektual təhdid: "ChatGPT"yə danışılmaması tövsiyə olunan 5 məsələ

DTA Avropada yol şoularına 800 mindən çox ayırdı

"Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” – Bina sakini

3 manatdan 700 manata - Gün eynəklərinin "qış ixracı"

Nazir onu direktor təyin etdi

Nazir onu direktor təyin etdi

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çıxdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin