BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9092

Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi çərçivəsində ölkədə ilk dəfə olaraq kənd təsərrüfatı heyvanlarının sığorta kalkulyatoru istifadəyə verilib.

Aqrar Sığorta Fondundan Valyuta.az-a verilən məlumata görə, artıq mal-qara və heyvandarlıq təsərrüfatının sahibləri bu kalkulyatorun köməyi ilə öz heyvanlarının sığorta haqqını müstəqil şəkildə hesablaya biləcəklər.

Ölkədə ilk dəfə tətbiq edilən dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi vasitəsilə hazırda 1-7 yaşlı südlük inək və camışları sığortalamaq mümkündür.

Kalkulyatorun istifadəyə verilməsində məqsəd fermerləri aqrar sığorta tarifləri, o cümlədən heyvanların sığortası haqları barədə daha aktiv məlumatlandırmaqdır. Fermerlər və aqrar sahədə çalışanlar aqrar sığorta kalkulyatorundan istifadə etməklə sığortanın əhatə etdiyi heyvanların sığorta haqqını və sığorta məbləğini özləri müstəqil olaraq hesablaya biləcəklər.

Xatırladaq ki, aqrar sığorta qaydalarına görə, hesablanmış sığorta haqqının 50%-ni dövlət ödəyir.

Aqrar sığorta kalkulyatorundan istifadə üsulu sadədir. İstənilən şəxs kalkulyatora daxil olaraq ona məxsus olan kənd təsərrüfatı heyvanlarının növünü, sayını və qiymətini, eləcə də, istədiyi təminatı və sığorta müddətini daxil etməklə ödəyəcəyi sığorta haqqını asanlıqla hesablaya bilər.

Kalkulyatordan istifadə edərkən, sığorta haqqının ümumi məbləği ilə yanaşı, dövlətin və fermerin ödəyəcəyi məbləğlər də ayrıca göstərilir. Bu da kənd təsərrüfatı sahəsində çalışanların sığorta tarifləri və haqları ilə daha asan şəkildə tanış olmasına, öz gəlirlərini və xərclərini planlaşdırmasına kömək edəcək.

Heyvanların sığortası kalkulyatoruna bu linkdən keçmək olar (//asf.gov.az/insurance-calculators/livestock-insurance)

Xatırladaq ki bir neçə gün əvvəl Azəraycanda ilk dəfə olaraq əkin sahələrinin aqrar sığortası üzrə kalkulyator da istifadəyə verilib. Bitkilərin sığorta kalkulyatoruna bu linkdən keçmək olar: (//asf.gov.az/insurance-calculators/crop-insurance)

Hazırda Aqrar Sığorta Fondu 1 növ heyvan (südlük inək-camışlar), 14 növ bitkiləri (buğda, arpa, çəltik, qarğıdalı, kartof, üzüm, naringi, limon, portağal, fındıq, çay, pambıq, tütün, çuğundur) və balıqları sığorta edir. Bu bitkilər ölkədəki bütün əkin sahələrinin 85%-ni təşkil edir.

Qarşıdakı aylarda sığortalanan bitki və heyvanların siyahısının daha da genişləndirilməsi, nəticədə aqrar sığortanın ölkədəki bütün əkin sahələrinin 95%-ni əhatə etməsi nəzərdə tutulur.

Xatırladaq ki, aqrar sığorta qaydalarına görə, hesablanmış aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni rüsum müəyyənləşdi - 100 manat tutulacaq

Paytaxtın bu ərazisində su olmayacaq

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Restoran və şadlıq saraylarının sahiblərinə xəbərdarlıq

Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın®

2 bal və 60 manat cərimə - DYP xəbərdarlıq etdi

Gömrük Komitəsində əməliyyat - Vəzifəli şəxslər həbs edildi

Birləşdirilən institutlarda ixtisarlar olacaq? - Nazirdən CAVAB

Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

DİM imtahanları yoxlayan markerlərə 1 milyon manat əməkhaqqı ödəyib

Tramp Çini hədələdi: “Əgər gömrük rüsumunu geri çəkməsə...”

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

Azərbaycandakı gizli qumar dünyası necə işləyir?

Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Onların pensiya yaşı 20 ilədək azaldılır - DSMF açıqladı

3 milyonluq MMC bir ili tamam olmadan ləğv olundu

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Neftimizin qiyməti 68 dollara düşüb

Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə - SİYAHI

Bir CEO hər şeyi dəyişə bilər?

Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq?

Rubl və avro ucuzlaşdı - Günün məzənnəsi

Bakıda mənzil qiymətinə qarajlar satılır - 85 min manat

Kriptovalyuta bazarında yüksəliş müşahidə olunur

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin