
13.03.2021 / 18:00
Dövlət Vergi Xidməti sahibkarlara müraciət etdi
9066
İqtisadiyyat Nazirliyi tabeliyində Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib.
Xidmətdən Valyuta.az-a verilən məlumata görə, yeni biznesini qeydiyyatdan keçirmək istəyən sahibkarlar, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyetləri üçün “Elektron dövlət qeydiyyatından istifadə” mövzusunda onlayn seminar təşkil olunacaq.
Seminar iş adamlarını elektron dövlət qeydiyyatı sistemindən daha çox istifadəyə təşviq etmək məqsədi ilə DVX və İN tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə baş tutacaq.
Qeyd edək ki, seminar martın 16-da, saat 15:00-da keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay